İyun 12, 2026-3:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Qaya Məmmədov: Ermənistan cəmiyyəti Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir

2026:06:11 - 12:11
in SİYASƏT
A A

Azərbaycan postmünaqişə dövründə prinsipial və məsuliyyətli mövqe nümayiş etdirərək sülh gündəliyinə sadiq qaldı. Ölkəmiz regionda davamlı sülhün təmin olunmasına yönəlmiş yanaşmanı seçdi və bu prosesin konseptual əsaslarının formalaşdırılmasında fəal rol oynadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qaya Məmmədov BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi ardıcıl diplomatik fəaliyyət nəticəsində ötən ilin avqustunda Vaşinqtonda mühüm və tarixi mərhələyə nail olunub.

“Sülh prosesinin növbəti vacib mərhələsi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Bu məsələnin zəruriliyi ilə bağlı Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini açıqlayıb və bunun davamlı sülh üçün əsas şərtlərdən biri olduğunu vurğulayıb”.

Deputat vurğulayıb ki, Ermənistan cəmiyyəti referendum yolu ilə Azərbaycana qarşı ərazi iddialarından imtina etməli və bunu hüquqi müstəvidə rəsmiləşdirməlidir.

“Yalnız bu halda regionda uzunmüddətli sülhün, qarşılıqlı etimadın və normallaşma prosesinin möhkəm əsasları formalaşa bilər”, – deyə Q.Məmmədov bildirib.

Əvvəlki Yazı

Azərbaycan 300-dən çox şirkət və KOB-um rəqəmsal transformasiyasına dəstək verəcək

Növbəti Yazı

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.