Müxalifətdəki Çiçəklənən Ermənistan Partiyası Mərkəzi Seçki Komissiyasından nəticələri ləğv edilmiş seçki məntəqələrində səsvermənin təkrar keçirilməsini tələb edəcək. Bu barədə partiyadan parlamentə namizəd Elinar Vardanyan mətbuat konfransında bildirib.
“Mərkəzi Seçki Komissiyası əlində yekun nəticələr olmadan, ıəğv edilmənin seçki nəticələrinə təsirini qiymətləndirmədən iki seçki məntəqəsində səsverməni etibarsız elan edir. Seçki Məcəlləsinin 95-ci maddəsi tələb edir ki, səsvermə etibarsız hesab edilərsə təkrar səsvermə təyin edilsin. Heç kim Mərkəzi Seçki Komissiyasına etibar etmir və onun belə bir qərar qəbul etməyəcəyinə dair şübhə var. Hərəkətlərin ardıcıllığı: ilk növbədə təkrar səsvermə üçün ərizə təqdim etmək”, – Vardanyan bildirib.
