İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam Respublikası döyüş meydanında ABŞ-ı məğlub edib və bu, Tehranın müharibəni hərbi üstünlüklə başa vurması üçün ən yaxşı vaxtdır.
İranın dövlət televiziyası Əraqçinin sözlərini sitat gətirib: “Vaşinqton silahlı qüvvələrimizin və xalqımızın inadkar və cəsarətli müqaviməti ilə üzləşdi. Müharibəni bitirmək üçün ən yaxşı vaxt üstünlüyümüz olandadır; biz həqiqətən də döyüş meydanında qələbə qazanmışıq”.
İran xarici işlər naziri əlavə edib ki, diplomatiya hərbi uğurla sıx bağlıdır və buna görə də Tehran amerikalılarla sülh bağlayarkən daha yaxşı şərtlərə ümid edir.
