İyun 12, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Heydər Əliyevin hakimiyyətə qayıdışı: ölkədə sabitliyin bərpası və inkişafın başlanğıcı

2026:06:12 - 18:00
in SİYASƏT
A A

İyunun 12-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu qeyd edib.

Akademik G.Baxşəliyeva Ümummilli Liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb. O, Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, Azərbaycan ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən akademik Gövhər Baxşəliyeva onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edib.

Tədbirdə iştirak edən AMEA Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov çıxış edərək iştirakçıları qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı mürəkkəb hərbi, ictimai-siyasi böhrandan çıxararaq dövlət müstəqilliyinin qorunmasında və ölkənin inkişaf yoluna qədəm qoymasında xilaskar missiyasını yerinə yetirib.

C.Məmmədov qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, hərbi və digər sahələrdə dinamik inkişaf edən, beynəlxalq nüfuzu artan dövlətlərdən biridir. Natiq vurğulayıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadığı kimi, bu gün Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi qlobal əhəmiyyətli enerji layihələri enerji xəritəsini genişləndirərək Azərbaycanın dünya enerji bazarındakı mövqeyini daha da gücləndirib. O, həmçinin Azərbaycanın yaşıl enerji və yaşıl iqtisadiyyat istiqamətində sürətlə inteqrasiya edən dövlətlərdən birinə çevrildiyini diqqətə çatdırıb.

AMEA rəsmisi bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər və sonrakı birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunması müstəqillik dövründə həyata keçirilən uğurlu dövlət siyasətinin və son iyirmi ildə qazanılan inkişafın məntiqi nəticəsi, bir növ hesabatıdır.

Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi böhrandan çıxmaqla yanaşı, iqtisadi inkişafının da əsasının qoyulduğunu deyib. N.Məmmədov bildirib ki, Ümummilli Lider Azərbaycanı parçalanmaqdan qurtardı. Natiq qeyd edib ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət uzunmüddətli perspektivdə öz bəhrəsini verdi.

Tədbirdə, həmçinin institutun Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə, Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Mehdi Kazımov Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.

Əvvəlki Yazı

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan!

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.