ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İranın zənginləşdirilmiş uranın çıxarılması və utilizasiyası məsələsini “uyğun vaxtda” həll edəcək. O, müqavilənin nə qədər müddətdən sonra bağlanacağını dəqiqləşdirməyib.
Tramp Truth Social-da yazıb: “Müvafiq vaxtda, işlər sakitləşəndə, biz ora gedib möhtəşəm B-2 bombardmançı təyyarələrimiz və onların parlaq pilotları sayəsində nüvə tozunu o qüdrətli qranit dağların altında basdıracağıq və İranda və ya ABŞ-da olsun, onu məhv edəcəyik”.
