ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ilə razılaşmadan sonra İran nüvə silahı əldə etmək planlarından imtina edəcək və onu əldə etməyə və ya inkişaf etdirməyə çalışmayacaq.
O, “Truth Social”da yazıb: “Əslində, onlar artıq nüvə silahı istəmirlər və onları satın alma, inkişaf etdirmə və ya başqa bir yolla əldə etməyəcəklər”.
Tramp həmçinin Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) bir daha tənqid etdi və mövcud razılaşmanın “İranın yolunda bir divar” olduğunu söyləyib. (Tass)
