İyun 25, 2026-12:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BMU tələbələri “RobotChallenge Azerbaijan 2026” yarışında uğur qazanıblar

2026:06:17 - 12:25
in SOSİAL
A A

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Gənclər və İdman Nazirliyi və “Azercell Telecom”un dəstəyi, 4SİM, KOBİA, İNNOLAND, İnnovasiyalar Mərkəzi, “Azercosmos” və “STEAM Azərbaycan”ın tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” beynəlxalq texnologiya yarışının yerli mərhələsində uğurlu nəticələr əldə ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışda 600-dən çox iştirakçı və 200-dən artıq komanda müxtəlif kateqoriyalar üzrə innovativ layihələrini və texniki bacarıqlarını nümayiş etdirərək mükafatlar uğrunda mübarizə aparıb.

Yarışın nəticələrinə əsasən, BMU tələbələrindən ibarət “Linex” komandası “Line Follower Adult” kateqoriyasında II yerə layiq görülüb. Komandanın üzvləri elektrik və elektronika mühəndisliyi ixtisasının tələbəsi Ayxan İsgəndərzadə, kompüter elmləri ixtisasının tələbələri Fatimə Hüseynova və Ömər Davudov olub. Bu kateqoriyada iştirakçılar robotların qara xətti ən qısa müddətdə izləyərək marşrutu tamamlama sürətinə görə qiymətləndirilib.

Həmin kateqoriya üzrə yarışan “Pathix” komandası isə III yerə sahib olub. Komandanın tərkibində mexanika mühəndisliyi ixtisasının tələbəsi Nəzrin Həmidova, BMU-İNHA ikili diplom proqramının elektrik mühəndisliyi ixtisasının tələbəsi Firəngiz İbrahimova və Azərbaycan Aviasiya Akademiyasının robototexnika ixtisasının tələbəsi Fidan Əzimova yer alıb. Komanda yüksək sürət və dəqiqlik nümayiş etdirərək mükafatçılar sırasına daxil olub.

“Freestyle Adult” kateqoriyasında isə BMU-İNHA ikili diplom proqramının elektronika mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Tahirə Bəylərovanın rəhbərlik etdiyi “JoshuaTech” komandası III yerə layiq görülüb. Komandanın təqdim etdiyi layihə mədənlərin real vaxt rejimində təhlilini aparan, ərazilərin xəritələşdirilməsini həyata keçirən və potensial risklər barədə əvvəlcədən xəbərdarlıq edən sənaye tipli hörümçək robotu olub. Robotun çoxistiqamətli hərəkət imkanına malik mexaniki quruluşu layihənin əsas üstünlüklərindən biri kimi qiymətləndirilib.

Qeyd edək ki, yarış çərçivəsində BMU-İNHA ikili diplom proqramının tələbələri könüllü qismində də təşkilati dəstək göstəriblər. Ümumilikdə 7 əsas və 5 alt kateqoriya üzrə keçirilən müsabiqədə 36 komanda mükafatçılar sırasında yer alıb.

BMU tələbələrinin əldə etdiyi nəticələr onların robototexnika, innovasiya və mühəndislik sahələrindəki bilik və bacarıqlarını, eləcə də bu istiqamətlər üzrə yüksək potensialını bir daha nümayiş etdirib.

Əvvəlki Yazı

Şəkinin Babaratma və Orta Zəyzid kəndlərində yerləşən abidələrin xarakterik xüsusiyyətləri öyrənilib

Növbəti Yazı

Fərid Məmmədov: “Mərkəzi Asiyada regional maliyyə axınları 50 % artıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.