İyun 18, 2026-5:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Media qurumları arasında əməkdaşlıq gücləndirilir

2026:06:17 - 14:04
in SOSİAL
A A

İyunun 17-də Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.

İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.

Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

AZPROMO: İnvestorlar etimad, proqnozlaşdırılabilən və risklərə qarşı effektiv müdafiə mexanizmləri tələb edirlər

Növbəti Yazı

“Uşaq hüquqlarının pozulmasının onların psixikasına təsiri” – təlim

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.