İyun 17, 2026-23:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

2026:06:17 - 17:05
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri açan AzMİU-nun Mexanika kafedrasının müdiri dosent Ceyhun Musayev olimpiada barədə ətraflı məlumat verib. O bildirib ki, yarışın yüksək səviyyədə təşkili məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin professor-müəllim heyətindən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitə tərəfindən olimpiada sualları hazırlanıb, iştirakçıların cavabları qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. O, qeyd edib ki, materiallar müqaviməti mühəndislik elmlərinin əsas istiqamətlərindən biridir və bu sahədə keçirilən belə yarışlar gələcək mühəndis kadrların hazırlanmasına, elmi potensialın inkişafına və ölkədə mexanika elminin daha da güclənməsinə mühüm töhfə verir.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində materiallar müqaviməti fənni üzrə zəngin elmi məktəb və ənənələr formalaşıb. Professor xüsusilə AzMİU-nun görkəmli alimi, professor İbrahim Bəxtiyarovun xidmətlərini vurğulayaraq qeyd edib ki, Azərbaycanda materiallar müqaviməti sahəsində güclü elmi ənənələrin yaranmasında onun müstəsna rolu olub. Rektor bildirib ki, uzun fasilədən sonra respublika olimpiadasının bərpa edilməsi mühəndis təhsilinin inkişafı, elmi-tədqiqat fəaliyyətinin genişlənməsi və yüksəkixtisaslı kadrların hazırlanması baxımından mühüm hadisədir. O, olimpiadada iştirak edən tələbələrin gələcəkdə ölkənin elmi və sənaye potensialının inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edərək, son illərdə AzMİU-da tələbələrin elmi fəaliyyətə cəlb olunmasının daha da genişləndiyini, onların müxtəlif olimpiadalarda, elmi konfranslarda və tədqiqat layihələrində iştirak səviyyəsinin artdığını diqqətə çatdırıb. Vurğulayıb ki, bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların elmi konfransına 800-ə yaxın elmi məqalə təqdim edilib. Bu göstəricinin universitetdə formalaşan elmi mühitin və tələbələrin tədqiqata artan marağının bariz nümunəsi olduğunu vurğulayan rektor gələcəkdə də tələbələrin elmə təşviq olunması istiqamətində ardıcıl tədbirlərin davam etdiriləcəyini bildirib.

Tədbirdə AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova da universitetdə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib. O bildirib ki, son illər tələbələrin elmi fəaliyyətə marağı əhəmiyyətli dərəcədə artıb, onların olimpiadalarda və müxtəlif akademik platformalarda iştirakı genişlənib.

Daha sonra Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Mühəndislik Universiteti və Azərbaycan Texniki Universitetinin əməkdaşları çıxış edərək, olimpiadanın keçirilməsinin əhəmiyyətindən danışıblar. Onlar belə təşəbbüslərin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinə, istedadlı tələbələrin üzə çıxarılmasına və mühəndislik təhsilinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildiriblər.

Çıxışlardan sonra olimpiada qaliblərinə diplomlar və pul mükafatları (I yer 1000 manat, II yer 1000 manat, III yer 900 manat) təqdim olunub.

Olimpiadada yüksək nəticə göstərən, lakin mükafatçılar sırasına daxil olmayan bir sıra iştirakçılara isə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Materiallar Müqaviməti üzrə Respublika Olimpiadası mühəndislik təhsili alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, onların elmi fəaliyyətə marağının artırılması, habelə ölkənin gələcək mühəndis kadr potensialının gücləndirilməsi məqsədilə təşkil olunub. Olimpiada ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi və mühəndislik elmlərinin inkişafı baxımından mühüm platformadır.

Əvvəlki Yazı

“Milli nəğmələr” kitabı 107 il sonra yenidən nəşr olunub

Növbəti Yazı

Sabah 36 dərəcə isti olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.