AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmlinin transfoneliterasiya etdiyi “Milli nəğmələr” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Milli nəğmələr”in elmi redaktoru professor Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru Səhra Rzalıdır. Zaur Hüseynovun layihə rəhbərliyi ilə işıq üzü görən poeziya toplusu ilk dəfə 1919-cu ildə Mirzəzadə tərəfindən tərtib edilərək nəşr olunub. Kitabı nəşrə hazırlayan, ərəb qrafikasından çevirən, lüğət, qeydlər və “Cümhuriyyət ərməğanı” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Asif Rüstəmlidir.
Almanaxda Azərbaycan və türk ədəbiyyatının seçilmiş şeir nümunələri toplanıb.
Kitabda anonim verilmiş 22 şeirin müəllifi müəyyən edilib, eyni zamanda, kitabın ərəb qrafikasındakı əsli də yeni nəşrə əlavə olunub.
