İyun 18, 2026-23:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan etibarlılıq, proqnozlaşdırıla bilən tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiqliyini qoruyur

2026:06:18 - 16:25
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində vurğuladığı əsas məqamlardan biri Azərbaycanın enerji, nəqliyyat və kommunikasiya sahələrində həyata keçirdiyi strateji siyasətin regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfədir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, Azərbaycan qaz təchizatını coğrafi baxımdan şaxələndirməklə, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda müasir infrastruktur və kommunikasiya şəbəkələri qurmaqla təkcə öz iqtisadi inkişafını təmin etmir, eyni zamanda, regionun iqtisadi və siyasi təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilir. Bu yanaşma qarşılıqlı asılılığı artırmaqla etimadı möhkəmləndirir, əməkdaşlığı təşviq edir və uzunmüddətli sabitliyə xidmət göstərir.

“Müasir dünyada enerji resursları, nəqliyyat marşrutları, logistika imkanları və infrastruktur layihələri artıq yalnız iqtisadi vasitələr deyil, həm də mühüm geosiyasi təsir alətləridir. Təəssüf ki, təchizatın dayandırılması, qiymətlər üzərində manipulyasiyalar, infrastrukturdan istifadəyə qoyulan məhdudiyyətlər və resurslarla bağlı spekulyasiyalar getdikcə daha çox siyasi təzyiq mexanizmi kimi istifadə olunur.

Azərbaycan isə fərqli yanaşma nümayiş etdirərək etibarlılıq, proqnozlaşdırıla bilən tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə sadiqliyini qoruyur. Ölkəmiz tərəfdaşları və qonşuları üçün öhdəliklərinə sadiq, etibarlı təchizatçı kimi tanınır. Məhz buna görə də Azərbaycanın həyata keçirdiyi enerji, nəqliyyat və əlaqələndirici layihələr yalnız iqtisadi əhəmiyyət daşımır, eyni zamanda, regionda etimadın, əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”, – deyə N.Arpadarai vurğulayıb.

Deputat əlavə edib ki, bu yanaşmanın müsbət təsiri yalnız yaxın qonşuluq coğrafiyası ilə məhdudlaşmır. Azərbaycanın təşəbbüsləri və tərəfdaşlıq modeli Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Şərqi Avropanı əhatə edən geniş coğrafiyada iqtisadi inteqrasiyanın dərinləşməsinə, qarşılıqlı əlaqələrin güclənməsinə və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Beləliklə, Azərbaycan etibarlı tərəfdaş və məsuliyyətli regional aktor kimi regional təhlükəsizliyin, sabitliyin və rifahın möhkəmləndirilməsində mühüm rol oynayır.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır

Növbəti Yazı

Azərbaycanın rəqəmsal təhlükəsizlik sisteminin inkişafında yeni mərhələ: kibermüdafiə imkanları güclənir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.