İyun 18, 2026-23:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezidentin Şuşada konfrans iştirakçılarına müraciəti Azərbaycanın gələcək geosiyasi baxışını əks etdirir 

2026:06:18 - 16:39
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransının iştirakçılarına ünvanlanan müraciəti regional və qlobal geosiyasi proseslər baxımından mühüm əhəmiyyət daşıyır. Həmin müraciət Azərbaycanın həyata keçirdiyi regional və beynəlxalq siyasət nəticəsində Cənubi Qafqazda “Yeni sülh arxitekturası”nın qurulduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, 2020-ci ildə Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni geosiyasi vəziyyət artıq beynəlxalq münasibətlər sisteminin qəbul etdiyi reallığa çevrilib. ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar və sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişdirən hadisələrdəndir. Bu proses Ermənistanın ərazi iddialarından imtina etməsi, sərhədlərin qarşılıqlı tanınması və regional əməkdaşlıq üçün yeni platformanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın sülh təşəbbüsləri regionun uzunmüddətli sabitliyinə xidmət edir. Bütün bu “sülh ideologiyasının” arxasında, həmçinin təhlükəsizlik və siyasi müstəqilliklə yanaşı, iqtisadi əlaqələr, birgə əməkdaşlıq, birgə qazanc kimi əhəmiyyətli faktorlar dayanır.

“Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, Orta Dəhlizin əsas hissələrindən birinə çevrilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa ilə Asiya arasında etibarlı bağlantı yaradır. Orta Dəhliz Çin-Avropa ticarəti, Mərkəzi Asiya enerji resurslarının dünya bazarlarına çıxışı və Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir və regionda sülhün iqtisadi əsaslarını və qarantiyasını formalaşdırır”, – deyə Y.Hacızadə vurğulayıb.

Politoloq vurğulayıb ki, Azərbaycanın sülh gündəliyi Türk dünyası ölkələri arasında da əməkdaşlığın yeni mərhələyə keçməsinin əsasını qoyub. Enerji, nəqliyyat, müdafiə sənayesi, rəqəmsal transformasiya və investisiya sahələrində əməkdaşlıq Türk dünyasının beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında inteqrasiyanı və əməkdaşlığı daha da sürətləndirir. TDT çərçivəsində həyata keçirilən layihələr türk dövlətlərini qlobal siyasətin mühüm aktorlarından birinə çevirir. Azərbaycan bu prosesdə strateji körpü rolunu oynayır.

“Cənubi Qafqazın gələcəyi, Türk dünyasının perspektivləri və beynəlxalq sülhlə bağlı tədbirlərin 30 il işğal altında qalmış, lakin indi tarixini, mədəniyyətini yenidən bərpa edən Şuşa şəhərində keçirilməsi ölkəmizin dünyaya verdiyi bir mesaj və töhfədir. Yəni Şuşa artıq yalnız mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoq və əməkdaşlıq platformasına çevrilib. Burada keçirilən beynəlxalq tədbirlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin uğurunu nümayiş etdirir. Prezident İlham Əliyevin müraciəti Azərbaycanın gələcək geosiyasi baxışını əks etdirir. Bu baxış Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə iqtisadi inteqrasiyanın gücləndirilməsi və Türk dünyasının geosiyasi güc mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi üzərində qurulub”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Rutte: NATO tarixin ən böyük transformasiyasını yaşayır

Növbəti Yazı

Azərbaycan regional və qlobal səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.