İyun 24, 2026-3:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bəstəkar İlyas Mirzəyev Türkiyənin Ulusal TV kanalında qonaq olub

2026:06:23 - 17:20
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin “Ulusal TV” kanalı birgə şəkildə qardaş ölkədə “Tanınmış azərbaycanlıların izi ilə” layihəsini davam etdirir.

AZƏRTAC xəbər verir ki, milli mədəniyyətimizin və ortaq dəyərlərimizin tanıdılması məqsədilə gerçəkləşdirilən bu layihə çərçivəsində “Ulusal TV”nin “Dostluq Karvanı” proqramının bu həftəki qonağı Türkiyədə tanınmış azərbaycanlı bəstəkar və sənətçi İlyas Mirzəyev olub.

Proqramın aparıcısı Arzu Əliyevanın təqdimatında efirə gedən verilişdə İlyas Mirzəyevin həyat yolu və yaradıcılıq fəaliyyəti ilə bağlı maraqlı və diqqətçəkən məqamlar tamaşaçılarla bölüşülüb.

Altı simfoniyanın, 13 konsertin və çoxsaylı musiqi əsərlərinin müəllifi olan İlyas Mirzəyev Türkiyədə olduğu illər ərzində “Tekfen Filarmoni Orkestri”ndə fəaliyyət göstərib, bu gün də qardaş ölkədə gənc musiqiçilərin yetişdirilməsinə töhfə verməyə davam edir.

Caz və pop musiqi dinləyiciləri arasında da geniş auditoriyaya malik olan Mirzəyev müasir Azərbaycan musiqisinin beynəlxalq aləmdə önə çıxan mühüm nümayəndələrindən biridir. Onun yaradıcılığı müxtəlif beynəlxalq səhnələrdə və festivallarda səsləndirilib, əsərləri fərqli ölkələrdə orkestr və kamera ifaları üçün repertuara daxil edilib. Bəstəkarın musiqisi təkcə konsert zallarında deyil, həm də mədəni layihələr və xüsusi tədbirlər çərçivəsində geniş maraqla qarşılanıb.

İlyas Mirzəyevin yaradıcılıq uğurları sırasında onun müxtəlif janrları ustalıqla birləşdirməsi xüsusi yer tutur. O, klassik simfonik üslubu caz harmoniyaları və etnik musiqi elementləri ilə sintez edərək özünəməxsus bəstəkarlıq dili formalaşdırmışdır. Bu yanaşma onun əsərlərinə həm milli kimlik, həm də müasir dünya musiqi estetikası qazandırıb.

Onun musiqisi Şərqlə Qərbin güclü sintezi kimi xarakterizə olunur. Azərbaycan muğamlarının, türk xalq melodiyalarının və simfonik klassik musiqinin ünsürlərini müasir orkestr texnikaları ilə birləşdirir. Ney, balaban, kanon və ud kimi ənənəvi alətləri simfonik orkestr səslənməsi ilə ustalıqla uzlaşdırması ilə seçilir.

Qeyd edək ki, bu günə qədər Türkiyədə çox sayda tanınmış azərbaycanlı sənətçilər “Dostluq karvanı” televiziya proqramının qonağı olub və onların fəaliyyətləri, yaradıcılıqları geniş işıqlandırılıb.

Əvvəlki Yazı

Ekspert: Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığını artıracaq

Növbəti Yazı

İranın daimi nümayəndəsi Rusiyanın ABŞ ilə memorandumun bağlanmasında müsbət roluna diqqət çəkib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.