İyun 24, 2026-2:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ekspert: Yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığını artıracaq

2026:06:23 - 17:00
in SOSİAL
A A

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı bu sahədə alternativ maliyyələşmə mexanizmlərinin genişləndirilməsi və təhsilin əlçatanlığının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi AZƏRTAC-a açıqlamasında bildirib ki, dövlətimizin başçısının bu istiqamətdə verdiyi tapşırıqlar məktəbəqədər təhsilin inkişafına sistemli yanaşmanın nəticəsidir. Onun sözlərinə görə, son illərdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində müəyyən mexanizmlər tətbiq olunub və bu təcrübə artıq müsbət nəticələr verməkdədir.

Ekspert qeyd edib ki, yeni model valideynlərin maliyyə yükünü azaltmaqla yanaşı, özəl məktəbəqədər təhsil xidmətlərindən istifadə imkanlarını daha geniş kütlələr üçün əlçatan edəcək. Bu yanaşma həm də uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin artırılmasına stimul verəcək.

Onun sözlərinə görə, bəzi hallarda valideynlərin tam ödənişli özəl bağçalara müraciət etməkdə çətinlik çəkməsi uşaqların məktəbəqədər təhsildən kənarda qalmasına səbəb olur. Yeni maliyyələşmə modeli isə dövlət dəstəyi hesabına bu boşluğu qismən aradan qaldıraraq, valideynin ödədiyi məbləğin bir hissəsinin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

“Bu, mütərəqqi və sosialyönümlü bir yanaşmadır. Beləliklə, həm təhsilin əhatəliliyi genişlənəcək, həm də məktəbəqədər hazırlıq prosesinə daha çox uşaq cəlb olunacaq. Nəticədə gələcək təhsil göstəricilərinə də müsbət təsir göstərəcək”, – deyə ekspert vurğulayıb.

Elçin Əfəndi əlavə edib ki, Prezident tərəfindən verilən tapşırıqların əsas mahiyyəti ölkədə təhsilin əlçatanlığının və keyfiyyətinin təmin olunmasıdır. Məktəbəqədər təhsil isə bu sistemdə prioritet istiqamətlərdən biri kimi çıxış edir və yeni Fərman bu sahədə islahatların daha da dərinləşməsinə xidmət edəcək.

Əvvəlki Yazı

İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir

Növbəti Yazı

Bəstəkar İlyas Mirzəyev Türkiyənin Ulusal TV kanalında qonaq olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.