ABŞ prezidenti Donald Tramp ABŞ-da Vaşinqton və Tehran arasındakı razılaşmanı tənqid edən hər kəsin, o cümlədən siyasi müttəfiqlərinin “özlərini maarifləndirməsini” təklif edib.
“Düşünürəm ki, bunu tənqid edən hər kəs, hətta mənim dostlarım olsa belə, özünü maarifləndirməlidir”, – deyə o, Pensilvaniyaya gəldikdən sonra jurnalistlərə bildirib. Bu, Trampın senator Ted Kruz da daxil olmaqla, siyasi müttəfiqlərinin sazişə qarşı tənqidləri ilə bağlı şərh istəyinə cavabı idi. O, Tramp kimi Respublikaçılar Partiyasını təmsil edir.
ABŞ prezidenti əlavə edib ki, “Biz İranla əla bir razılaşma əldə edirik. Biz ölkəmizi və dünyanı daha təhlükəsiz edəcək bir razılaşma əldə edirik, çünki biz İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik. Və onlar bunu bilirlər; onlar buna razılaşdılar.” (Tass)
