Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini qəbul etməkdən imtina edərsə, ABŞ İranla bağlı yeni qərarlar qəbul edəcək. ABŞ dövlət katibi Marko Rubio bunu Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabiyə gəlişində açıqlayıb.
O, Vaşinqton və Tehran arasında MAQATE müfəttişlərinin İrana qayıtması ilə bağlı anlaşılmazlıq olduğunu inkar etdi. “Biz onların nəyə razılaşdıqlarını bilirik. Niyə dediklərini deməli olduqlarını bilmirəm. Daxili siyasətləri nə olursa olsun, düşünürəm ki, bunu anlayacaqlar. Amma biz onların nəyə razılaşdıqlarını bilirik. İndi isə ya edəcəklər, ya da etməyəcəklər”, – deyə ABŞ-ın yüksək vəzifəli diplomatı jurnalistlərə İran rəsmilərinin MAQATE-nin yoxlama fəaliyyəti ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
Rubio qeyd edib ki, “Əgər onlar bunu etsələr, proses irəliləyəcək. Əgər etməsələr, Prezident [Donald Tramp] bəzi qərarlar qəbul etməli olacaq”.(Tass)
