İyun 27, 2026-13:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakı Slavyan Universiteti beynəlxalq dayanıqlılıq reytinqində mövqeyini yaxşılaşdırıb

2026:06:25 - 14:06
in SOSİAL
A A

Bakı Slavyan Universiteti (BSU) nüfuzlu “Times Higher Education” tərəfindən açıqlanan “THE Sustainability Impact Rankings 2026” reytinqində mövqeyini yaxşılaşdıraraq ötənilki 1500+ diapazonundan 1001+ diapazonuna yüksəlib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu nəticə BSU-da dayanıqlı inkişaf istiqamətində həyata keçirilən sistemli fəaliyyətin və beynəlxalq səviyyədə əldə olunan nailiyyətlərin göstəricisidir. 2026-cı il üzrə “THE Sustainability Impact Rankings” reytinqində iştirak edən 1600-dən çox ali təhsil müəssisəsi arasında Bakı Slavyan Universiteti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bir sıra istiqamətlərdə uğurlu nəticələr əldə edib. Belə ki, universitet DİM 5 – gender bərabərliyi üzrə 201-300-cü diapazonda yer alıb. DİM 1 – yoxsulluğa son, DİM 13 – iqlim dəyişikliyinə qarşı mübarizə və DİM 16 – sülh, ədalət və güclü institutlar istiqamətləri üzrə 401-600-cü diapazonda qərarlaşıb. Eyni zamanda, DİM 4 – keyfiyyətli təhsil və DİM 10 – bərabərsizliyin azaldılması üzrə 601-800-cü, DİM 3 – sağlamlıq və rifah, eləcə də DİM 8 – layiqli əmək və iqtisadi artım üzrə 801-1000-ci diapazonda nəticə göstərib. Universitet DİM 17 – məqsədlər naminə tərəfdaşlıqlar istiqaməti üzrə isə 1001-1500-cü diapazonda yer alıb.

Qeyd edək ki, əldə edilən nəticələr universitetdə inklüziv təhsil, gender bərabərliyi, sosial rifah, iqlim fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir.

Əvvəlki Yazı

Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilib

Növbəti Yazı

Dini konfessiya rəhbərləri qanvermə aksiyası təşəbbüsünü yüksək qiymətləndiriblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.