İyun 26, 2026-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Silahlı Qüvvələr Günü: Qürurumuzun təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalibiyyət salnaməsi 

2026:06:26 - 14:40
in SİYASƏT
A A

26 İyun – Silahlı Qüvvələr Günü müasir Azərbaycanın dövlətçilik tarixində təkcə peşə bayramı deyil, həm də xalqımızın gücünün, iradəsinin və sarsılmaz birliyinin təcəssümüdür. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli yolun, əldə etdiyi tarixi zəfərlərin və dövlətimizin hərbi qüdrətinin nümayiş olunduğu əlamətdar gündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Deputat vurğulayıb ki, son illərdə Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilib. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnika ilə təchiz olunması, peşəkar kadr hazırlığı və hərbi idarəetmənin təkmilləşdirilməsi məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu uğurların əsasında isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiyası, qətiyyətli siyasi iradəsi və milli maraqlara söykənən dövlət idarəçiliyi dayanır.

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 44 günlük Vətən müharibəsi ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bu Zəfər təkcə hərbi qələbə deyil, milli qürurun, xalq-dövlət birliyinin və sarsılmaz iradənin möhtəşəm təntənəsi idi.

2023-cü ilin lokal antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasını təmin etdi. Bununla ölkəmizin bütün ərazisində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi təmin olundu, dövlət bayrağımız suveren torpaqlarımızın hər guşəsində dalğalandı. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlandı.

“Bu gün Azərbaycan Ordusu təkcə döyüş meydanında qələbə qazanan qüvvə deyil, həm də sülhün, sabitliyin və təhlükəsizliyin əsas təminatçısıdır. Ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti və mənəvi ruhu beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Azərbaycanın müdafiə sənayesinin inkişafı, hərbi təlimlərin miqyası və müasir texnologiyaların tətbiqi ordumuzun gələcək gücünü daha da artırır.

Azərbaycan əsgəri bu gün qalib xalqın qalib əsgəridir. Onun arxasında güclü dövlət, xalqın sonsuz dəstəyi və qətiyyətli Ali Baş Komandan dayanır. Məhz bu birlik Azərbaycanı regionun söz sahibi olan dövlətinə çevirib.

26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur, fəxr və minnətdarlıq günüdür. Bu gün şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirir, Vətən keşiyində dayanan bütün hərbi qulluqçularımıza dərin təşəkkürümüzü bildiririk.

Qalib Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bundan sonra da Azərbaycanın müstəqilliyini, suverenliyini və milli maraqlarını əzmlə qoruyacaq. Azərbaycanın güclü ordusu dövlətimizin qüdrətinin, xalqımızın qürurunun və Zəfər salnaməsinin ən möhtəşəm simvolu olaraq qalacaq”, – deyə deputat vurğulayıb.

Əvvəlki Yazı

Vəkillər Kollegiyası rəhbərinin sədrliyi ilə Bakı Dövlət Universitetində magistrantların dissertasiyası müdafiə olunub

Növbəti Yazı

Azərbaycan Silahlı Qüvvələri: Dövlət quruculuğunun strateji dayağı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.