16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda sənaye parklarının rezidentləri 567 milyon manat vəsaitə qənaət ediblər

Azərbaycanda tətbiq olunan güzəştlər nəticəsində sənaye parklarının rezidentləri indiyədək 567 milyon manat, təkcə 2025-ci ildə isə 42,3 milyon manat vəsaitə qənaət ediblər.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata görə, sənaye parklarında tətbiq olunan güzəşt mexanizmləri investorlar üçün əlverişli biznes mühiti formalaşdırmaqla yanaşı, istehsalın genişlənməsinə və qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verir:

“10 il müddətinə vergi güzəştləri çərçivəsində rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Gömrük və ƏDV güzəştləri sayəsində istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV və gömrük rüsumlarından azad edilir. Bu güzəşt mexanizmləri sahibkarların xərclərinin azalmasına, investisiya cəlbediciliyinin artmasına və ölkədə rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına əlverişli şərait yaradır”.