Oman Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək üçün ABŞ-a və digər Qərb ölkələrinə rəsmi təklif təqdim edib. Bu barədə The New York Times ( NYT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, təklifdə boğazdan istifadə üçün gəmiçilik şirkətlərinin xidmət haqlarının alınması nəzərdə tutulur. “The New York Times” qəzeti qeyd edir ki, İran və Oman Vaşinqtonun ictimai etirazlarına baxmayaraq, bu planı irəli sürməyə davam edirlər.
Qəzetin məlumatına görə, amerikalı danışıqçılar artıq sənədi alıblar və narahatlıqlarını Maskatla müzakirə etmək niyyətindədirlər.
