İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz Livanın cənubuna səfər ediblər. Baş nazirin ofisinin məlumatına görə, onlar İsrail hərbi nəzarəti altında olan sərhəd ərazilərinə – sözdə təhlükəsizlik zonasına baş çəkiblər.
Səfər zamanı onlar ordu komandanlığı ilə görüşlər keçirib və ölkə rəhbərliyinə əməliyyat vəziyyəti barədə məlumat veriblər. Baş nazir İsrail ordusunun şiə təşkilatı Hizbullahın silahlı birləşmələrindən gələn təhlükə olduğuna inandığı müddətcə Livan ərazisindən çəkilməyəcəyini bir daha vurğulayıb.
Netanyahu orduya müraciət edərək bildirib ki, “Hizbullah burada olduğu və bizi təhdid etdiyi müddətcə biz də qalacağıq. [İsrail Müdafiə Qüvvələri] döyüşçülərinə mesajımız budur: Əgər təhlükə görsəniz, hərəkətə keçin”.
