İyul 1, 2026-23:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

SABAH İncəsənət Festivalının açılışı olub

2026:07:01 - 18:00
in MƏDƏNİYYƏT
A A

İyulun 1-də Müasir İncəsənət Muzeyində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, festival SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, habelə ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyır.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ali təhsil müəssisələrinin rəhbər və əməkdaşları, incəsənət ictimaiyyətinin nümayəndələri, rəssamlar və digər qonaqlarla yanaşı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Məmmədov da iştirak ediblər.

Festivalın ilk təqdimatlarından biri olaraq Azərbaycan Rəssamlıq Akademiyasının SABAH tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil edilib. Sərgidə tələbələrin hazırladıqları bədii xalça, bədii keramika və şüşə, bədii metal, bədii toxuculuq, dekorativ rəngkarlıq nümunələri, həmçinin müxtəlif dizayn işləri təqdim edilib.

Açılış proqramı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında “Rəssam, sevgilimin şəklini gəl çək” adlı bədii kompozisiya təqdim olunub.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin hazırladıqları geyimlərdən ibarət dəfilə nümayiş etdirilib. Dəfilədə tələbələrin moda dizaynı sahəsində hazırladıqları yaradıcı işlər təqdim olunub. Nümayiş zamanı gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, forma və rəng həllərində tətbiq etdikləri müasir üslub diqqət çəkib.

Qeyd edək ki, Azərbaycan Rəssamlıq Akademiyasının SABAH tələbələrinin əl işlərindən ibarət sərgi iyulun 3-dək Müasir İncəsənət Muzeyində davam edəcək və bütün ziyarətçilər üçün açıq olacaq.

SABAH İncəsənət Festivalı incəsənətin müxtəlif istiqamətlərində təhsil alan gənclərin yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəyin yaradıcı mütəxəssislərinin tanıdılması məqsədi daşıyır.

Əvvəlki Yazı

Birinci Türkoloji Qurultayın 100 illiyinin Bakıda keçirilməsi Azərbaycanın Türk dünyasındakı aparıcı rolunu göstərir 

Növbəti Yazı

Baş katibin köməkçisi: Üzvlük ödənişləri edilməsə, BMT-nin pulu sentyabr ayına qədər tükənəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.