Sentyabrın 16-da Haaqadakı Kosovo üzrə Xüsusi Məhkəmə müharibə cinayətləri işində Kosovonun keçmiş prezidenti Haşim Taçi və digər təqsirləndirilən şəxslərə qarşı hökmü elan edəcək. Bu barədə məhkəmənin qərarında bildirilib.
Hökm yerli vaxtla saat 10:00-da oxunacaq və ictimaiyyət üçün açıq olacaq. Qərarın hazırlanması üçün son tarix çoxlu sayda dəlil və prosesin mürəkkəbliyi səbəbindən uzadılıb. Məhkəmə izah edib ki, əlavə vaxt iş materiallarının “hərtərəfli, əsaslandırılmış və ədalətli” qiymətləndirilməsini təmin etmək üçün tələb olunur.
Taçi və Kosovo Azadlıq Ordusunun (KLA) digər komandirlərinə qarşı irəli sürülən ittihamnamədə təqib, qanunsuz həbs, işgəncə, qətl daxil olmaqla altı insanlığa qarşı cinayət, eləcə də qanunsuz həbslər və məhbuslara qarşı qəddar rəftar da daxil olmaqla dörd müharibə cinayəti maddəsi yer aldığı bildirilir. (Tass)
