İsrail Müdafiə Qüvvələri (İMQ) bildirib ki, son bir həftə ərzində Livanın cənubundakı Hizbullah yaraqlılarına və qərargahlarına bir neçə zərbə endirib, Qərb Sahilində 60 fələstinlini saxlayıb və Qəzza zolağında 20 radikalı və HƏMAS-ın 1 kilometrdən çox tunelini məhv edib.
Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı təhdidləri aradan qaldırmaq üçün bütün cəbhələrdə eyni vaxtda əməliyyatlara davam edir. Şimalda Hizbullahın atəşkəs sazişini pozmasından sonra İsrail Hərbi Hava Qüvvələri birbaşa təhlükə yaradan terrorçulara qarşı dörd dəqiq zərbə endirib və Livanın cənubundakı Hizbullahın üç qərargahına hücum edib”.
Qəzza zolağında, əsasən Xan Yunus ərazisində anklavın cənubunda ümumi uzunluğu 1 km-dən çox olan yeraltı terrorçu tunelləri məhv edilib və 20 terrorçu məhv edilib”, – deyə hərbçilər bildirib. (Tass)
