Avqust 21, 2026-21:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şəkidə indiyədək 25 min hektara yaxın taxıl sahəsinin məhsulu yığılıb

2026:07:03 - 14:39
in İQTİSADİYYAT
A A

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası davam etdirilir. Cari mövsümdə rayonda 59 min 842,2 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 41 min 173,2 hektarını arpa, 18 min 669 hektarını isə buğda sahələri təşkil edir. Bu günədək 24 min 331 hektarı arpa, 629 hektarı buğda olmaqla, 24 min 960 hektar sahənin məhsulu biçilib, 72 min 216,2 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 28,9 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Ağalar Mustafayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 70 min 316,6 tonu arpa, 1899,6 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28,9 sentner, buğda sahələrindən isə 30,2 sentner məhsul götürülüb. Hazırda sahələrdə 131 taxılbiçən kombayn işləyir.

Sektor müdirinin sözlərinə görə, havaların qeyri-sabit, yağmurlu keçməsi taxıl biçinini ləngitsə də, fermerlər məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.

Əvvəlki Yazı

İsrail Müdafiə Qüvvələri (İDQ) bir həftə ərzində Qəzzada 20 HƏMAS radikalının öldürüldüyünü açıqlayıb

Növbəti Yazı

Xankəndidə növbəti səyyar tibbi müayinə aksiyası təşkil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.