İyul 7, 2026-1:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

2026:07:06 - 17:49
in SİYASƏT
A A

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin təkmilləşdirilməsi artıq dövrün tələbidir. Bu gün internet uşaqlar üçün öyrənmək, ünsiyyət qurmaq və inkişaf etmək imkanı yaradır. Bununla yanaşı, onları kiberbullinq, zərərli məzmun, saxta məlumatlar, şəxsi məlumatların oğurlanması və onlayn istismar kimi risklərlə qarşı-qarşıya qoyur. Məhz buna görə də bu sahədə hüquqi mexanizmlərin gücləndirilməsini müsbət addım hesab edirəm. Qanun layihəsinin əsas məqsədi də uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz qorunmasını, platformaların məsuliyyətinin artırılmasını və valideyn nəzarətinin gücləndirilməsini təmin etməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova deyib.

O bildirib ki, dünya təcrübəsinə baxdıqda da oxşar yanaşmaların geniş yayıldığını görünür. Məsələn, Avstraliya yaşı 16-dan az olan uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edib, Fransa valideynin razılığı mexanizmini gücləndirib, Türkiyə isə yaş təsdiqi və platformaların məsuliyyətini artıran hüquqi addımlar atıb. Eyni zamanda, UNICEF vurğulayır ki, məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların hüquqlarını qorumaqla təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Uşaqlar internetdən faydalanmalı, lakin təhlükələrlə təkbaşına üz-üzə qalmamalıdırlar.

Günay Əkbərova vurğulayıb ki, qanun layihəsinə edilən dəyişikliklər valideynlər üçün mühüm üstünlüklər yaradır:“Təhlükəsizlik parametrlərinin tətbiqi, yaşa uyğun məzmunun təqdim olunması, istifadə müddətinə nəzarət və platformaların daha şəffaf işləməsi valideynlərin övladlarını qorumasını asanlaşdıracaq. Amma düşünürəm ki, ən güclü nəzarət texnologiya deyil, valideynlə övlad arasında qurulan etibarlı ünsiyyətdir. Uşaq internetdə qarşılaşdığı problemləri rahatlıqla valideyni ilə paylaşa bilməlidir. Fikrimcə, həmin qanun layihəsinin uğuru yalnız hüquqi mexanizmlərdən asılı olmayacaq. Paralel olaraq məktəblərdə rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və media savadlılığı daha geniş şəkildə tədris edilməlidir. Çünki uşağı təhlükədən qorumağın ən effektiv yolu təkcə qadağalar deyil, onun riskləri tanımasını və düzgün qərar verməsini öyrətməkdir. Məhz dünya təcrübəsi də göstərir ki, qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam və təhlükəsiz internet mühiti formalaşır”.

Əvvəlki Yazı

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Növbəti Yazı

Rəqəmsal inkişaf strategiyası Azərbaycanın innovasiya gələcəyini formalaşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.