İyul 7, 2026-1:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

2026:07:06 - 17:35
in SİYASƏT
A A

Azərbaycanda müxtəlif dövrlərdə ayrı-ayrı qurumlar tərəfindən keçirilən ictimai rəy sorğularında Prezident İlham Əliyevin fəaliyyətinə münasibət, ona göstərilən etimad və dövlət başçısının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı göstəricilər həmişə yüksək olub. Lakin hesab edirəm ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra bu göstəricilər daha da yüksəlib. Bunun da əsas səbəbi Azərbaycanın uzun illər qarşısında dayanan ən mühüm taleyüklü məsələnin – Qarabağ probleminin həll olunmasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

O qeyd edib ki, uzun illər Azərbaycanın torpaqlarının 20 faizi işğal altında idi, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayırdı. On milyonluq əhalisi olan ölkədə hər on nəfərdən birinin qaçqın və ya məcburi köçkün olması cəmiyyət üçün olduqca ağır sosial və mənəvi yük idi. Üstəlik, həmin insanların ailələri, yaxınları da bu ağrını yaşayırdı. Əslində isə Qarabağ problemi təkcə həmin insanların deyil, bütün Azərbaycan xalqının ümummilli məsələsi idi. Hansı bölgədən olmasından asılı olmayaraq, hər bir azərbaycanlı işğal altındakı torpaqları öz Vətəni hesab edir və bu problemi şəxsi problemi kimi qəbul edirdi. Məhz buna görə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə cəmiyyətin düşüncəsində ciddi dönüş yaratdı. Qalib Ordunun Ali Baş Komandanı Prezident İlham Əliyev idi. Dövlətə və Silahlı Qüvvələrə rəhbərlik edən şəxs kimi əldə olunan tarixi Zəfər təbii olaraq dövlətimizin başçısına olan ictimai münasibəti daha da gücləndirdi.

Siyasi şərhçi hesab edir ki, bu gün ictimai rəy sorğularında müşahidə olunan yüksək etimad göstəricilərində 44 günlük Vətən müharibəsinin və ondan sonrakı mərhələdə həyata keçirilən siyasətin mühüm payı var. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunması cəmiyyətdə mövcud olan bütün tərəddüdləri aradan qaldırdı.

“Müharibədənsonrakı dövrdə müəyyən şəxslər Xankəndi, Xocalı və Xocavənd istiqamətində dövlət suverenliyinin tam təmin olunmaması, həmçinin Rusiya sülhməramlı kontingentinin bölgədə yerləşməsi ilə bağlı müxtəlif tənqidi fikirlər səsləndirirdilər. Lakin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra bu məsələlər də öz həllini tapdı. Azərbaycanın dövlət suverenliyi bütün ərazilərdə bərpa olundu və əvvəllər bu məsələləri arqument kimi irəli sürənlərin mövqeyi də faktiki olaraq aradan qalxdı. Bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Son ictimai rəy sorğularında respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin onun fəaliyyətini müsbət qiymətləndirməsi, 81,9 faizinin isə dövlət başçısını alternativsiz siyasi lider hesab etməsi məhz bütün bu reallıqların nəticəsidir. Eyni zamanda, daxili siyasətdə müəyyən problemlərin də mövcudluğu danılmazdır. Korrupsiya, rüşvətxorluq və bəzi hallarda məmur özbaşınalığı kimi hallar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da mövcuddur. Əsas məsələ isə bu problemlərin mövcudluğu deyil, onlara qarşı ardıcıl və prinsipial mübarizənin aparılmasıdır. Dövlət bu istiqamətdə ciddi addımlar atır. Hesab edirəm ki, insanların gündəlik həyatında onları narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər daha da genişlənərsə, gələcək ictimai rəy sorğularında etimad göstəriciləri daha da yüksələ bilər”, – deyə siyasi şərhçi bildirib.

Xəyal Bəşirovun fikrincə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı, uzun illər verilən vədlərin reallığa çevrilməsi də cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

“Prezident İlham Əliyevin və Ümummilli Lider Heydər Əliyevin illər əvvəl səsləndirdikləri “Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar” fikirləri bu gün reallığa çevrilib. Bu da insanların dövlətə və dövlət başçısına inamını daha da gücləndirən əsas amillərdəndir. Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə yerləşməsinə baxmayaraq, ölkədə sabitliyin və təhlükəsizliyin qorunması da ictimai etimada mühüm təsir göstərən amillərdəndir. Bu gün Azərbaycanın şimalında müharibə, cənubunda isə ciddi hərbi-siyasi gərginlik yaşanır. Buna baxmayaraq, Cənubi Qafqazda sabitliyin qorunması və Azərbaycanın təhlükəsiz şəraitdə inkişaf etməsi həyata keçirilən düşünülmüş dövlət siyasətinin nəticəsidir. Bu siyasətin mərkəzində Prezident İlham Əliyev dayanır. İnsanlar da bunu onun həyata keçirdiyi siyasətin nəticəsi kimi qiymətləndirirlər. Azərbaycan xalqı hər zaman sülh, sabitlik və təhlükəsizlik şəraitində yaşamaq istəyib. Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin olunduqdan sonra ölkədə sabitliyin qorunması cəmiyyət tərəfindən tamamilə təbii olaraq yüksək qiymətləndirilir. Hesab edirəm ki, həyata keçirilən uğurlu siyasət bundan sonra da davam edərsə, ictimai rəy sorğularında müsbət göstəricilər daha da yüksələcək”, – deyə Xəyal Bəşirov vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyi: çoxtərəfli diplomatiya kontekstində yeni imkanlar 

Növbəti Yazı

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.