İyul 8, 2026-22:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Müşfiq Cəfərov: “Kraudfandinq layihəsi uğursuz olarsa, investorun vəsaiti geri qaytarılacaq”

2026:07:07 - 12:50
in İQTİSADİYYAT
A A
Kraudfandinq vasitəsilə maliyyələşdirilən layihə uğursuz olarsa və ya tələb olunan məbləği toplaya bilməzsə, investorun yatırdığı vəsait ona geri qaytarılacaq.

“Report” xəbər verir ki, bunu deputat Müşfiq Cəfərov Milli Məclisin bugünkü plenar iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların yeni maliyyə alətlərinə qarşı təbii və əsaslı ehtiyatlı münasibəti var:

“İnsanlar keçmişdə yaşanan acı təcrübələr, maliyyə piramidaları və internet üzərindən qurulan saxta layihələr səbəbindən bu sahəyə inamsız yanaşırlar. Buna görə də qanunun effektiv işləməsi üçün “Bu layihə innovativdir” şüarından daha çox, vətəndaşın “Mənim pulum necə qorunacaq?” sualına aydın və konkret cavab verilməlidir.”

Deputat bildirib ki, qanun layihəsində etibarlı fəaliyyət mexanizmləri məhz bu məqsədlə nəzərdə tutulub və sistemin Azərbaycanda səmərəli işləməsi üçün üç əsas prinsip müəyyən edilib.

Birinci prinsip dövlət nəzarətidir. Onun sözlərinə görə, hər kəs kraudfandinq platforması yarada bilməyəcək. Azərbaycan Mərkəzi Bankı platforma operatorlarını xüsusi reyestr vasitəsilə nəzarətdə saxlayacaq, onların təsisçilərinin və benefisiar mülkiyyətçilərinin işgüzar nüfuzunu qiymətləndirəcək.

İkinci prinsip xüsusi hesab mexanizmidir. Bu mexanizmə əsasən, investorun layihəyə yatırdığı vəsait birbaşa layihə sahibinə köçürülməyəcək, bankda xüsusi hesabda saxlanılacaq. Layihə tələb olunan maliyyəni toplaya bilmədikdə və ya sahibkar öhdəliklərini yerinə yetirmədikdə, Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq vəsait avtomatik şəkildə investorun hesabına qaytarılacaq. Beləliklə, “pulu topladım və yoxa çıxdım” ssenarisinin texniki baxımdan qarşısı alınacaq.

Üçüncü prinsip isə investorun qərarvermə hüququnun qorunmasıdır. Deputatın sözlərinə görə, vətəndaş emosional qərar verdiyini düşünərsə, qanunun nəzərdə tutduğu 7 günlük müddət ərzində heç bir cərimə ödəmədən yatırdığı vəsaiti geri ala biləcək.

M. Cəfərov vurğulayıb ki, məqsəd təkcə yeni qanunun qəbul edilməsi deyil, həm də Azərbaycanda rəqəmsal investor mədəniyyətinin formalaşdırılmasıdır. Onun sözlərinə görə, vətəndaş əmin olmalıdır ki, sərbəst vəsaitini dövlətin müəyyən etdiyi hüquqi mexanizmlər çərçivəsində kənd təsərrüfatı, startaplar və digər real sektor layihələrinə yönəldə bilər. Bu isə həm investorlar, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər yaradacaq.

Əvvəlki Yazı

Lerik rayonunda nadir və endemik bitki növlərinin tədqiqatı aparılıb

Növbəti Yazı

Rutte: NATO ölkələri dronlara və əks-dronlara 40 milyard dollar xərcləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.