İyul 7, 2026-23:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Analytics Line

BDU-nun Astrofizika kafedrası: İyulun sonu aktiv α-Kaprikornid meteor yağışı müşahidə olunacaq

2026:07:07 - 15:47
in Analytics Line
A A

İyulun sonu α-Kaprikornid (Alpha Capricornids) meteor yağışı müşahidə olunacaq.

Bakı Dövlət Universtetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən xəbərə görə, meteor axını iyulun əvvəlindən avqustun 15-dək aktiv olacaq və maksimum aktivliyinə iyulun 30-u Bakı vaxtı ilə saat 17:00-da çatacaq. Azərbaycanda isə ən əlverişli müşahidə şəraiti 30 iyul axşamı – 31 iyul gecəsi yaranacaq.

α-Kaprikornid meteor axınının radiantı Oğlaq (Capricornus) bürcündə yerləşir. Bakı şəhərindən baxdıqda radiant gecəboyu üfüqdən yuxarıda olduğuna görə meteorları bütün gecə ərzində müşahidə etmək mümkündür. Bununla belə, ən əlverişli müşahidə vaxtı gecə saat 01:00 radələri hesab olunur. Həmin vaxt radiant səmanın ən yüksək nöqtəsinə qalxır və Yerin fırlanması nəticəsində müşahidəçi meteor axınının istiqamətinə daha optimal vəziyyətdə yerləşir.

Meteor yağışının maksimumunda ideal şəraitdə zenit saatlıq meteor sayı (ZHR) təxminən 5 meteor/saat təşkil edir. Lakin Bakı enliklərində radiantın maksimum hündürlüyü cəmi 39° olduğundan real müşahidələr zamanı saatda orta hesabla 3 meteor görmək mümkün olacaq.

Bu il müşahidələr üçün əsas əlverişsiz amillərdən biri Ayın fazasıdır. Meteor yağışının maksimumu zamanı Ay tam fazadan cəmi iki gün sonrakı mərhələdə olacaq və güclü Ay işığı zəif meteorların görünməsini xeyli çətinləşdirəcək. Buna baxmayaraq, α-Kaprikornid meteor axını bəzən çox parlaq, uzun iz buraxan “od topu” (fireball) tipli meteorları ilə tanındığından, parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.

α-Kaprikornid meteorlarının digər fərqləndirici xüsusiyyəti onların nisbətən yavaş hərəkət etməsidir. Bu meteorlar Yer atmosferinə təxminən 23 km/s (təxminən 82 800 km/saat) sürətlə daxil olur.

Meteor yağışları Yer Günəş ətrafındakı hərəkəti zamanı komet və ya asteroidlərin orbit boyunca səpələdiyi toz və kiçik qaya hissəcikləri ilə qarşılaşdıqda yaranır. Atmosferə saniyədə on kilometrlərlə sürətlə daxil olan bu hissəciklər təxminən 70-100 km yüksəklikdə yanaraq işıqlı iz əmələ gətirir və xalq arasında “axan ulduz” kimi tanınan hadisəni yaradır.

α-Kaprikornid meteor axınının mənbəyi 169P/NEAT dövri kometi hesab olunur. Bu komet Günəş ətrafında təxminən 4,2 ildə bir tam dövr edir və Yupiter kometləri ailəsinə daxildir. Meteor yağışının digər maraqlı xüsusiyyətlərindən biri də aktiv kometlərlə müqayisədə nisbətən zəif qaz və toz aktivliyi nümayiş etdirməsidir. Keçmişdə orbiti boyunca buraxdığı toz hissəcikləri bu gün də Yer orbitini kəsərək hər il α-Kaprikornid meteor yağışının yaranmasına səbəb olur.

Meteor yağışını izləmək üçün teleskop və ya durbindən istifadə tələb olunmur. Ən yaxşı müşahidə şəhər işıqlarından uzaq, üfüqü açıq və qaranlıq ərazilərdə aparılır. Müşahidə zamanı baxışı birbaşa radiant nöqtəsinə deyil, ondan təxminən 30-40° kənarda yerləşən səma sahəsinə yönəltmək daha məqsədəuyğundur. Bu üsul daha çox meteor müşahidə etməyə imkan verir.

Əvvəlki Yazı

Bakı-Tbilisi-Bakı istiqamətində 5 500-ə yaxın bilet satışa çıxarıldı

Növbəti Yazı

BDU-da magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.