İyul 7, 2026-22:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı başlayır

2026:07:07 - 15:50
in SOSİAL
A A

Bakı Dövlət Universitetində (BDU) 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində ilk dəfə “Bioinformatika” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Bioinformatika” ixtisaslaşması biologiya, molekulyar genetika, kompüter elmləri, riyazi modelləşdirmə, statistik analiz və süni intellekt metodlarının inteqrasiyasına əsaslanan, müasir elmin və biotexnologiyanın ən sürətlə inkişaf edən multidissiplinar istiqamətlərindən biridir. Bu ixtisaslaşma çərçivəsində magistrantlar genomika, transkriptomika, proteomika, biostatistika, bioməlumatların emalı və vizuallaşdırılması, böyük həcmli bioloji məlumatların (Big Data) analizi, alqoritmlərin hazırlanması, bioinformatik proqram təminatı və verilənlər bazalarının tətbiqi, eləcə də maşın öyrənməsi və süni intellekt texnologiyalarının bioloji və tibbi tədqiqatlarda istifadəsi üzrə nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, tələbələr genom ardıcıllıqlarının təhlili, biomarkerlərin müəyyənləşdirilməsi, genetik variasiyaların qiymətləndirilməsi, fərdiləşdirilmiş tibb yanaşmalarının tətbiqi və bioloji proseslərin hesablama üsulları ilə modelləşdirilməsi istiqamətlərində peşəkar kompetensiyalar formalaşdıracaqlar.

İxtisaslaşmanın məzunları elmi-tədqiqat institutlarında, universitetlərdə, tibbi-genetik və molekulyar diaqnostika laboratoriyalarında, biotexnologiya və əczaçılıq şirkətlərində, genom və molekulyar biologiya mərkəzlərində, süni intellekt və məlumat analitikası üzrə fəaliyyət göstərən texnologiya şirkətlərində, kənd təsərrüfatı və aqrobiotexnologiya müəssisələrində, ictimai səhiyyə və epidemioloji monitorinq qurumlarında, həmçinin bioinformatika, genomika və biotibbi məlumatların analizi istiqamətində fəaliyyət göstərən beynəlxalq elmi layihələrdə və tədqiqat konsorsiumlarında bioinformatika mütəxəssisi, genom məlumatları analitiki, biostatistik, tədqiqatçı, verilənlər analitiki, proqramçı-analitik və digər müvafiq vəzifələrdə fəaliyyət göstərə biləcəklər.

Əvvəlki Yazı

BDU-nun Astrofizika kafedrası: İyulun sonu aktiv α-Kaprikornid meteor yağışı müşahidə olunacaq

Növbəti Yazı

İsrailin xarici işlər naziri Livanla danışıqların gələn həftə davam edəcəyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.