ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə 4 iyulda telefon danışığını bir daha yüksək qiymətləndirərək, həm Moskvanın, həm də Kiyevin Ukraynada nizamlanmaya sadiq olduqları fikrini bildirib.
Tramp Ankarada NATO sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə “Prezident Putinlə çox yaxşı söhbətim oldu” deyib. “Dərhal sonra Zelenski ilə də danışdım” deyə Tramp xatırladı. “Düşünürəm ki, hər ikisi razılaşmaq istəyirlər” deyə ABŞ prezidenti qeyd etdi.
