İyul 7, 2026-22:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Təqaüdə bir il qalsa da, sertifikatlaşdırmada 59 bal topladı 

2026:07:07 - 16:25
in SOSİAL
A A

Qazax rayonunda uzun illər pedaqoji fəaliyyət göstərən müəllim Nüşabə Abdullayeva könüllü iştirak etdiyi təhsilverənlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək, 60 mümkün baldan 59-nu toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbində təsviri incəsənət və texnologiya fənlərini tədris edən Nüşabə Abdullayeva müəllim ailəsində böyüyüb. Atasının peşəsini davam etdirən pedaqoq artıq 42 ildir təhsil sahəsində çalışır. Yaş həddinə görə təqaüdə çıxmasına təxminən bir il qalsa da, biliyini və peşəkarlığını qiymətləndirmək məqsədilə sertifikatlaşdırma imtahanında könüllü iştirak edib.

Nüşabə Abdullayeva təhsil sahəsindəki bu prosesi yüksək qiymətləndirdiyini bildirərək deyib: “Təhsilverənlərin sertifikatlaşması prosesini çox müsbət dəyərləndirirəm. Özümdə bu inamı, gücü və cəsarəti hiss etdiyim üçün könüllü olaraq, böyük ruh yüksəkliyi ilə imtahanda iştirak etdim və mümkün 60 baldan 59-nu toplamağa nail oldum”.

Pedaqoq hesab edir ki, müəllim öyrənməyi dayandırdığı anda inkişafdan qalır. Məhz buna görə də o, daim öz üzərində işləyir, təhsil sahəsində baş verən yenilikləri və texnoloji inkişafı yaxından izləyir, müasir tədris metodlarını mənimsəməyə xüsusi önəm verir.

“Bu gün müəllimin uğuru həm bilik, həm təcrübə, həm də şagird sevgisidir. Bu üç amil bir komponent şəklində birləşməlidir. Bilik müəllimin dayağıdırsa, təcrübə o biliyi düzgün tətbiq etmək deməkdir, şagird sevgisi isə müəllimlə şagird arasında olan səmimiyyət və etimaddır”, – deyə o bildirib.

Onun sözlərinə görə, imtahana hazırlıq prosesi çətin keçməyib. Dərslərdə əyani vəsaitlərdən geniş istifadə etməsi, informasiya texnologiyalarını mütəmadi izləməsi və yeniliklərə açıq olması imtahan suallarını rahatlıqla cavablandırmasına imkan yaradıb.

Müəllimin rəhbərliyi ilə fəaliyyət göstərən “Bacarıqlı əllər” dərnəyində şagirdlər dərzilik, rəsm, maket hazırlanması və digər müxtəlif yaradıcı işlərlə məşğul olurlar.

Nüşabə Abdullayevanın ailəsində müəllimlik ənənəsi bu gün də uğurla davam edir. Onun dörd övladından üçü riyaziyyat-informatika müəllimidir və onlar da sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr göstəriblər. Digər övladı isə Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçi kimi çalışır.

Uzunillik pedaqoji fəaliyyəti və yüksək nəticəsi ilə seçilən müəllimin bu uğuru təhsildə peşəkarlığın, davamlı özünüinkişafın və müəllim peşəsinə sədaqətin bariz nümunəsi kimi qiymətləndirilir.

Əvvəlki Yazı

Azərbaycanlı alimlərin tədqiqatı yüksəkreytinqli jurnalda yer alıb

Növbəti Yazı

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.