İyul 7, 2026-22:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevə yüksək ictimai etimadın ciddi siyasi, tarixi və strateji səbəbləri var 

2026:07:07 - 17:36
in SİYASƏT
A A

Prezident İlham Əliyevə ictimai etimadın yüksək səviyyədə olması təsadüfi deyil. Bunun çox ciddi siyasi, tarixi və strateji səbəbləri var. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, dövlət başçısının uzaqgörən və qətiyyətli addımları nəticəsində Azərbaycan bu gün tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib.

Deputat bildirib ki, Azərbaycan bu gün tarixinin heç bir dövründə olmadığı qədər güclü və qüdrətlidir, ölkə öz siyasi, iqtisadi və hərbi potensialını ardıcıl şəkildə artırır.

“İllər öncə Azərbaycan torpaqlarının bir hissəsi işğal altında idi. Bu cəmiyyətimizin ən böyük ağrısına çevrilmişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu gün Xankəndidə, Hadrutda, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş digər şəhər və rayonlarda Azərbaycan Bayrağının dalğalanması tarixi Qələbənin möhtəşəmliyini əyani şəkildə nümayiş etdirir. Bu, Azərbaycanın qazandığı tarixi Zəfərin əzəmətini və dövlətimizin gücünü göstərən ən mühüm amillərdəndir. Lakin əldə olunan uğurlar yalnız Qarabağ Zəfəri ilə məhdudlaşmır. Bu gün Azərbaycanın iqtisadi inkişafı, enerji təhlükəsizliyi sahəsində qazandığı uğurlar və beynəlxalq layihələrdə artan rolu həyata keçirilən siyasətin düzgünlüyünü bir daha təsdiqləyir”, – deyə Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın region dövlətləri ilə münasibətlərinin inkişafı, ölkə daxilində həyata keçirilən ardıcıl islahatlar və sosial-iqtisadi inkişaf proqramları da dövlətə olan ictimai etimadı daha da möhkəmləndirir: “Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ölkəmiz beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi mühüm platformaya çevrilib. Dünyanın müxtəlif ölkələri Azərbaycana böyük maraq və yüksək etimad göstərir. Həyata keçirdiyimiz daxili və xarici siyasət beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Son dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri də ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərləri, ölkəmiz haqqında səsləndirilən müsbət fikirlər və Azərbaycanın beynəlxalq platformalarda artan rolu dövlətimizin qazandığı uğurların növbəti təsdiqidir. Bütün bunlar Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq mövqeyinin davamlı şəkildə möhkəmləndiyini göstərir”.

Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında bundan sonra da böyük məqsədlər və mühüm inkişaf hədəfləri dayanır.

“Dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyası çərçivəsində ölkəmizin qarşısında daha böyük layihələr, yeni təşəbbüslər və mühüm hədəflər dayanır. Bu siyasətin uğurla davam etdirilməsi Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, beynəlxalq mövqelərini gücləndirəcək və ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcək”, – deyə Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

Professor: Xalq hər zaman qurucu və yaradıcı lideri dəstəkləyir

Növbəti Yazı

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.