İyul 7, 2026-21:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Professor: Xalq hər zaman qurucu və yaradıcı lideri dəstəkləyir

2026:07:07 - 17:35
in SİYASƏT
A A

Müasir dünyada cərəyan edən geosiyasi proseslər, münaqişə və müharibələr dövlətlərin iqtisadi inkişafını ləngidir və insanların sosial problemləri artır. Azərbaycanın şimalında və cənubundakı münaqişələr şəhərlərin dağılması, insanların məcburi köçkün düşməsi, istehlak mallarının qiymətlərinin bahalaşması və inflyasiya səviyyəsinin artması ilə müşahidə olunur. Bütün bu xaotik proseslərin fonunda Azərbaycan dövləti ictimai-siyasi sabitliyi və dinamik iqtisadi inkişafı qoruyub saxlamağı bacarır ki, bunlar da Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu xarici siyasətin nəticəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında professor Çingiz Axundov deyib.

O bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ işğaldan azad edildikdən sonra regionda sözün həqiqi mənasında sülh, inkişaf və tərəqqi prosesləri başlayıb. Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Avropadan ölkəmizə rəsmi və qeyri rəsmi səfərə gələnlər Prezident İlham Əliyevə buna görə təşəkkür edirlər. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində iyulun 1-də mətbuata bəyanatla çıxışında “Cənub Qaz Dəhlizi həqiqətən Avropanın enerji təhlükəsizliyini gücləndirib və bu, heyrətamiz uğur hekayəsidir. Mən buna görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm. İndi biz növbəti səhifəni hazırlayırıq. Azərbaycan gələcəyin enerjisinə sərmayə yatırır” deməsi təsadüfi xarakter daşımır.

Professor deyib ki, bu gün dünyanı narahat edən başlıca problem sabitlikdir. Azərbaycan bu sabitliyə nail olaraq qlobal xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Cənub Qaz Dəhlizi və yaxın gələcəkdə reallaşacaq Xəzər-Qara Dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi” də məhz yaradılan sabitliyin nəticəsidir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu və etibarlı tərəfdaşlığı ölkənin ikinci dəfə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına, beynəlxalq tədbirlərə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Ümumdünya Şəhərsalma Forumuna (WUF13) uğurla ev sahibliyi etməsi ilə ölçülür. Dünyanı narahat edən problemlərin yolları məhz Bakıda müzakirə olunaraq müxtəlif qərarlar qəbul edilib. Azərbaycan BMT Təhlükəsizlik Şurası və Qoşulmama Hərəkatına namizədliyi zamanı geniş beynəlxalq dəstək qazanması da onu deməyə əsas verir ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artır və bu nüfuzla hesablaşılır.

Çingiz Axundov qeyd edib ki, sabitlik inkişafın əsas şərtidir. “Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payının 70 faizdən çox olması, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, ölkəyə 350 milyard dollaradək birbaşa investisiya cəlb olunması, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatların nəticəsidir ki, bu islahatları da yalnız sabitlik şəraitində reallaşdırmaq mümkün idi. Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və dünya trendi ilə ayaqlaşaraq alternativ enerji istehsalına üstünlük verir. 2032-ci ilədək 8 giqavat Günəş və külək enerjisi gücü yaratmağı hədəf seçən Azərbaycanın buna nail olacağı şübhəsizdir. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə regional logistika mərkəzinə çevrilməsi, yüklərin həcmini 2 dəfə artırmaq hədəfinə də nail olunacaq. Çünki Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik istər Avropanın, istərsə də Asiya dövlətlərinin diqqətini çəkir və onlar ölkəmizlə əməkdaşlıq etmək istəyir, yüklərini sabit regiondan nəql etmək fikrindədirlər”.

“Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, sülh təşəbbüsü ilə çıxış etməsi, öz ərazisindən Ermənistana zəruri yüklərin daşınmasına icazə verməsi, azad edilmiş ərazilərə 17 milyard dollara yaxın investisiya qoyulması, 90 minə yaxın insanın artıq Qarabağ və Şərqi Zəngəzurda yaşaması Prezident İlham Əliyevin siyasi və dövlət xadimi kimi uğurlarından xəbər verir deyən professor vurğulayıb: “Bu günlərdə keçirilən sosioloji sorğunun nəticəsində Azərbaycan Prezidentinin fəaliyyətinə ictimai dəstək və etimad səviyyəsinin 87,7 faiz olması da təsadüfi deyil. Xalq hər zaman qurucu və yaradıcı lideri dəstəkləyir”.

Əvvəlki Yazı

Tural Gəncəliyev: Prezident İlham Əliyev dünyanın ən nüfuzlu liderlərindən biri kimi qəbul olunur

Növbəti Yazı

Prezident İlham Əliyevə yüksək ictimai etimadın ciddi siyasi, tarixi və strateji səbəbləri var 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.