Bloomberg mənbələrə istinadən xəbər verir ki, NATO sammiti 2027-ci ildə keçirilməyə bilər.
Onların sözlərinə görə, Albaniya ilkin olaraq sammitə ev sahibliyi edəcək. Lakin agentliyin mənbələri qeyd edib ki, Albaniyanın alyansın ən aşağı müdafiə xərclərinə malik üzvlərindən biri olaraq qalması və bu cür böyük tədbirlərdə ABŞ prezidenti Donald Trampla ünsiyyətin getdikcə çətinləşməsi 2027-ci ildə “zirvə görüşünü buraxmaq üçün əsas yaradır”.
“Zirvə görüşü Albaniyada keçiriləcək. Hazırda onun gələn il, yoxsa ondan sonrakı il baş tutacağı müzakirə olunur”, – alyansın Hərbi Komitəsinin rəhbəri, italyan admiralı Cüzeppe Kavo Dragone bildirib.
