İyul 9, 2026-6:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

2026:07:08 - 12:14
in Din və fəlsəfə
A A

Özbəkistan və Azərbaycan arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tarixi-mədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.

“Report” xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Özbəkistan Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşündə müzakirə aparılıb.

Görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb.

Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün türk dünyasında dini sahədə institusional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Görüşün yekununda qəbul olunmuş Kommünikenin birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün zəmin yaratdığı ifadə olunub.

Azərbaycan və Özbəkistanın müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, habelə dini maarifləndirmə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Özbəkistan Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin də iştirak etdiyi görüşdə I Beynəlxalq İslam Sivilizasiyası Forumunun İslam sivilizasiyasının zəngin irsinin təbliği, maarifçilik ənənələrinin təşviqi, eləcə də mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Əvvəlki Yazı

Bloomberg: NATO sammiti 2027-ci ildə keçirilməyə bilər

Növbəti Yazı

Tramp NATO-dan məyus olduğunu bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.