İyul 8, 2026-22:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Pərvanə Vəliyeva: Tibbi Tədris-Simulyasiya Mərkəzi təhsillə real klinik praktika arasında mühüm körpü rolunu oynayacaq

2026:07:08 - 13:35
in SOSİAL
A A

Qafqazın ən böyük xəstəxanalarından birində ilk dəfə olaraq xəstəxana daxilində fəaliyyət göstərəcək Tibbi Tədris- Simulyasiya Mərkəzi yaradılıb. Bu günə qədər Yeni Klinika yüksəkkeyfiyyətli tibbi xidmət göstərməklə seçilirdisə, bundan sonra peşəkar tibb kadrlarının hazırlanmasında və ölkənin səhiyyə sisteminin gələcəyinə sərmayə qoyulmasında da mühüm rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva TƏBİB və bp-nin tərəfdaşlığı ilə Yeni Klikada yaradılan Tibbi Tədris- Simulyasiya Mərkəzinin açılış mərasimində çıxış edərkən deyib.

Deputat qeyd edib ki, mərkəz ən müasir texnoloji avadanlıqlarla təchiz edilib: “Burada beşinci nəsil simulyasiya texnologiyaları və süni intellekt həlləri tətbiq olunur. Bu imkanlar sayəsində tibb işçiləri və tələbələr yeni bilik və bacarıqlara yiyələnə, peşə hazırlıqlarını daha da təkmilləşdirə biləcəklər. Məlumdur ki, tibb sahəsi çox sürətlə inkişaf edir. Yeni texnologiyalar, müasir yanaşmalar və innovativ müalicə üsulları tibb mütəxəssislərinin bilik və bacarıqlarını daim yeniləməsini tələb edir. Bu baxımdan tibb təhsili yalnız nəzəri biliklərlə məhdudlaşa bilməz. Praktiki hazırlıq, real klinik vəziyyətlərə yaxın şəraitdə təcrübə qazanmaq müasir tibb təhsilinin ayrılmaz hissəsidir. Simulyasiya Mərkəzi də məhz bu strateji yanaşma əsasında yaradılıb.

Burada quraşdırılmış texnologiyalar vasitəsilə tibb işçiləri gündəlik praktikada qarşılaşa biləcəkləri mürəkkəb klinik ssenariləri təhlükəsiz və idarəolunan mühitdə məşq edə, müxtəlif vəziyyətlərə əvvəlcədən hazırlaşa biləcəklər. Bu proses pasiyentlərin təhlükəsizliyini tam təmin etməklə həyata keçiriləcək və həkimlərə real klinik təcrübəyə daha hazırlıqlı şəkildə başlamaq imkanı yaradacaq. Bu mərkəz təkcə təlim məkanı deyil. O, təhsillə real klinik praktika arasında mühüm körpü rolunu oynayacaq. Hesab edirəm ki, gələcəkdə Tibbi Tədris-Simulyasiya Mərkəzi peşəkar mükəmməllik mərkəzi kimi də formalaşa bilər. Burada yalnız Azərbaycanın müxtəlif bölgələrindən deyil, region ölkələrindən olan tibb mütəxəssisləri də müasir təlim resurslarından faydalana, təcrübə mübadiləsi apara və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilərlər”.

Əvvəlki Yazı

Bu ilin altı ayında Naftalana 22 minə yaxın turist səfər edib

Növbəti Yazı

Direktor: Tibbi Tədris-Simulyasiya Mərkəzinin yaradılması səhiyyəyə və xəstələrin təhlükəsizliyinə qoyulan investisiyadır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.