“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın məlumatına görə, mövsüm ərzində 642 696 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 251 min 886 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 224 min 603 hektar buğda, 418 min 093 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 884 min 182 ton buğda, 1 milyon 367 min 704 ton arpa yığılıb. Buğda sahələrinin 49 %-də, arpa sahələrinin isə 83 %-də biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,4 sent/ha, arpa üzrə isə 32,7 sent/ha təşkil edir.
Artıq Ucar, Naftalan və Kəlbəcərdə biçin tam yekunlaşıb, Respublikanın 17 rayonunda – Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Göyçay, Kürdəmir, Goranboy, İmişli, Masallı, Neftçala, Yevlax, Zərdab, Saatlı, Sabirabad, Salyan, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
