İyul 9, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AQTA meyvə şirələri ilə bağlı nəzarət tədbirləri keçirilib, uyğunsuzluqlar aşkarlanıb

2026:07:09 - 15:05
in SOSİAL
A A
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satış obyektlərində satışa çıxarılan meyvə şirəsi və nektar məhsulları üzrə nəzarət tədbirləri həyata keçirib.

AQTA-dan “Report”a verilən məlumata görə, monitorinq çərçivəsində 16 istehsalçı müəssisəyə məxsus 17 məhsuldan nümunələr götürülərək qida rəngləyiciləri, qoruyucu maddələr və orqanoleptik göstəricilər üzrə laborator müayinələrə təqdim olunub.

Sınaq nəticələrinə əsasən, 4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları, eləcə də konsentratlarından əldə olunan məhsullarda istifadəsinə yol verilməyən rəngləyici maddələr aşkarlanıb.

Uyğunsuzluqlar “Göyçay Süd” ASC, “Drop Be-Az” MMC, “İmperial 01” MMC və “LG Konserv” MMC-yə məxsus məhsullarda müəyyən edilib.

Bundan əlavə, “İmperial 01” MMC-yə məxsus nar şirəsi emalı müəssisəsində aparılmış yoxlama zamanı ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb. Bununla əlaqədar müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, müvafiq normativ sənədin tələblərinə əsasən, aşkarlanan rəngləyici maddələrin yalnız dad-aromatik maddələr əlavə edilmiş içkilərdə istifadəsinə icazə verilir. Meyvə şirələri və nektarlarda isə həmin maddələrin istifadəsinə yol verilmir.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib. Qəbul edilmiş müvafiq qərar əsasında ticarət şəbəkələrindən geri çağırılmış məhsul partiyalarının məhv edilməsi nəzərdə tutulur.

Əvvəlki Yazı

Litvada ABŞ qoşunlarının yerləşdirilməsi ilə bağlı qeyri-rəsmi məlumatlar var.

Növbəti Yazı

Azərbaycanda əkin sahələrinin 67 %-də taxıl biçini yekunlaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.