Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, yerindən asılı olmayaraq istənilən nüvə elektrik stansiyasına hücumlar qəbuledilməzdir.
“Mənim çatdırmaq istədiyim, çox aydın və çox vacib olan mesaj BMT Təhlükəsizlik Şurasında və MAQATE-nin İdarə Heyətində müzakirə olunan məsələdir: istənilən nüvə elektrik stansiyasına qarşı istənilən hücum mümkün deyil və qəbuledilməzdir”, – deyə o, “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçevlə danışıqlardan sonra jurnalistlərlə söhbətində bildirib. “İstər Zaporojye AES, istər Buşehr, istər Bərəkə, istərsə də Kursk olsun. Burada nüvə obyektlərinin adlarında heç bir fərq görmürəm”, – deyə Qrossi vurğulayıb. (Tass)
MAQATE-nin baş direktoru qeyd edib ki, agentlik hazırda Buşehr nüvə elektrik stansiyasına qarşı heç bir birbaşa hücumu müşahidə etmir və ya təsdiqləmir.
