MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, agentlik İrandakı Buşehr Atom Elektrik Stansiyasına heç bir birbaşa hücum müşahidə etmir.
“Biz Buşehr nüvə elektrik stansiyasına heç bir birbaşa hücum müşahidə etməmişik və ya təsdiqləməmişik”, – deyə o, “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçevlə danışıqlardan sonra jurnalistlərə bildirib.
