İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) Küveytdəki Amerika hava bazalarına uğurlu zərbələr endirildiyini bildirib.
“Sepah Aerokosmik Qüvvələri cavab əməliyyatının üçüncü mərhələsində Küveytin Əli Salem şəhərindəki Amerika hava bazasında yanacaq çənlərini və Patriot hava hücumundan müdafiə sistemini, eləcə də Əhməd əl-Cabir hava bazasında strateji FPS radar sistemini məhv edib”, – deyə Sepah-ın Mehr xəbər agentliyinə istinadən verdiyi açıqlamada bildirilir. (Tass)
