Rusiyanın dərinliklərinə zərbələrin artırılması yalnız Ukrayna ərazisində sənayenin və iqtisadiyyatın məhvinə gətirib çıxaracaq. Bu barədə TASS-a Ukraynanın keçmiş Baş naziri (2010-2014) Nikolay Azarov bildirib.
“Münaqişənin Rusiyanın dərinliklərində eskalasiyasının yalnız bir səbəbi var – Kiyev rejiminin nəzarətində olan ərazidə istehsalın, sənayenin və iqtisadiyyatın daha da məhv edilməsi”, – deyə o bildirib.
