İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran həmişə Hörmüz boğazı üzərində nəzarəti həyata keçirib və gələcəkdə də həyata keçirməyə davam edəcək.
O, X səhifəsində yazıb: “İran həmişə Hörmüz boğazının keşikçisi olub və əbədi olaraq belə qalacaq”.
Əraqçi həmçinin ABŞ prezidenti Donald Trampın bu su yolu üzərində nəzarəti ələ keçirmək və 20% təhlükəsizlik haqqı tətbiq etmək niyyəti ilə bağlı açıqlamalarına da münasibət bildirib: “Əlbəttə ki, 20% çoxdur. Biz ədalətli olacağıq”, – deyə o qeyd edib. (Tass)
