Yəmənin Mülki Aviasiya və Meteorologiya Baş İdarəsi ölkədəki bütün hava limanlarının əvvəllər bağlanması barədə qərarını ləğv edib və onların tam istifadəyə hazır olduğunu açıqlayıb.
Agentliyin yeni açıqlamasında deyilir: “Mülki Aviasiya və Meteorologiya Baş İdarəsi Yəmən Respublikasındakı hava limanlarına və hava limanlarından uçuşlar həyata keçirən bütün aviaşirkətlərə və təşkilatlara bütün hava limanlarının tam işlək vəziyyətdə olduğunu bildirir. Sənəd dərc edildiyi andan qüvvəyə minir və 13 iyulda dərc edilmiş əvvəlki sirkulyarı əvəz edir. (Tass)
