İyul 15, 2026-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ŞƏRH Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə və sarsılmaz həmrəyliyə əsaslanan nümunəvi münasibətlər modelidir

2026:07:14 - 16:38
in SİYASƏT
A A

Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri təkcə iki dövlətin siyasi əlaqələri deyil, eyni zamanda, iki xalqın əsrlərboyu formalaşmış ortaq dəyərlərinin, tarixi yaddaşının və mənəvi bağlılığının ifadəsidir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq aləmdə özünəməxsus xüsusiyyətləri ilə seçilir və qardaş xalqlar arasında əlaqələrin necə inkişaf edə biləcəyinin parlaq nümunəsi kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri, türk siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsas fərqi ondan ibarətdir ki, bu əlaqələr yalnız siyasi qərarlar və diplomatik sənədlərlə deyil, xalqların ürəyində yaşayan qarşılıqlı sevgi və bağlılıqla möhkəmlənib: “Azərbaycan və Türkiyə münasibətləri dünyada nadir rast gəlinən bir qardaşlıq modelidir. Bəzi ölkələr və xalqlar arasında tarixi, mədəni və etnik yaxınlıq olsa da, zaman-zaman siyasi gərginliklər, fikir ayrılıqları və hətta müharibələr yaşanır. Lakin Azərbaycan və Türkiyə bütün çətin sınaqlardan birlikdə keçərək öz qardaşlıq münasibətlərini daha da gücləndirib. Tarix boyu Azərbaycan və Türkiyə xalqları bir-birinin yanında olub, ortaq sevinc və kədərləri bölüşüb. Xalqlarımızın bağlılığı yalnız keçmişlə məhdudlaşmır. Bu gün də Azərbaycan və Türkiyə vətəndaşları bir-birini yaxın qohum kimi qəbul edir. Mədəniyyətimiz, dilimiz, adət-ənənələrimiz və mənəvi dəyərlərimiz bizi bir-birimizə bağlayan əsas amillərdəndir. Bu yaxınlıq dövlətlərarası münasibətlərin də möhkəm təməlini təşkil edir”.

Bilal Dündar deyib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi mühüm rol oynayıb: “Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və Türkiyə münasibətlərinin mahiyyətini çox dəqiq şəkildə əks etdirir. Bu fikir iki ölkənin gələcək əməkdaşlıq yolunu müəyyənləşdirən mühüm siyasi konsepsiyaya çevrilib. Bu gün həmin strateji xətt Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Türkiyə arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində tarixi hadisədir. Bu sənəd ölkələrimizin təhlükəsizlik, müdafiə, iqtisadiyyat, enerji və digər mühüm istiqamətlərdə əməkdaşlığını daha da gücləndirdi. Bu gün Azərbaycan və Türkiyə regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış edir. Azərbaycan-Türkiyə əməkdaşlığı regionun inkişafına və sabitliyinə mühüm töhfə verir. İki ölkənin birgə həyata keçirdiyi böyük layihələr yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihəsi Azərbaycan və Türkiyənin regional və qlobal əhəmiyyətini artıran mühüm təşəbbüslərdir. Bu layihələr ölkələrimizi bir-birinə daha sıx bağlayır, eyni zamanda, Avropa ilə Asiya arasında mühüm nəqliyyat və enerji əlaqələrinin inkişafına xidmət edir. Azərbaycan-Türkiyə birliyi yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmır, humanitar və mədəni əlaqələr də bu münasibətlərin əsas istiqamətlərindən biridir.

Ekspert bildirib ki, mədəniyyət, təhsil, incəsənət və gənclər arasında əlaqələrin inkişafı xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan yaradır. Heydər Əliyev Mədəniyyət Mərkəzləri kimi qurumlar da Azərbaycan həqiqətlərinin Türkiyədə təbliği, xalqlarımız arasında dostluq körpülərinin daha da möhkəmləndirilməsi baxımından mühüm fəaliyyət göstərir.

O, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstəyin tarixə yazıldığını xüsusi qeyd edib: “Azərbaycanın haqq mübarizəsində Türkiyənin siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən heç vaxt unudulmayacaq. Eyni zamanda, Türkiyənin üzləşdiyi çətin vəziyyətlərdə Azərbaycanın göstərdiyi həmrəylik də bu qardaşlığın qarşılıqlı xarakter daşıdığını göstərir. Qardaşlıq yalnız yaxşı günlərdə deyil, çətin anlarda da özünü göstərir. Müasir dövrdə dünyada baş verən hadisələr fonunda Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyəti daha da artır. Bu gün dünyanın müxtəlif bölgələrində özünü qardaş hesab edən xalqlar arasında münaqişələr, qarşıdurmalar və müharibələr müşahidə edilir. Belə bir şəraitdə Azərbaycan və Türkiyə münasibətləri bütün dünyaya göstərir ki, ortaq tarixə və dəyərlərə malik xalqlar qarşılıqlı hörmət və etimad əsasında böyük uğurlar əldə edə bilərlər.

Siyasi ekspert əlavə edib ki, Azərbaycan-Türkiyə qardaşlığı yalnız iki ölkənin deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır: “Azərbaycan və Türkiyənin birliyi sülhün, əməkdaşlığın və sabitliyin güclənməsinə xidmət edir. Bu münasibətlər gələcək nəsillərə ötürüləcək böyük bir mirasdır. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da inkişaf edəcək və dünya üçün nümunə olmağa davam edəcək”.

Əvvəlki Yazı

BMTM sədri: Prezidentin Şuşa Forumundakı mesajları Azərbaycanın xarici siyasətinin prioritetlərini əks etdirir

Növbəti Yazı

Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar, məktəbin təməli qoyulub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.