Halk TV-nin verdiyi məlumata görə , Sumud humanitar donanması işini dinləyən Türkiyə məhkəməsi İsrail Baş naziri Binyamin Netanyahunu İnterpolun qırmızı bülleteni vasitəsilə beynəlxalq axtarışa verən müvəqqəti qərar çıxarıb.
Məlumata görə, İstanbulun Ağır Cinayətlər üzrə 11-ci Məhkəməsi Netanyahu və digər təqsirləndirilən şəxslər üçün insanlığa qarşı cinayətlər, soyqırım, həbs, qəddar rəftar, qəsdən bədən xəsarəti yetirmə, soyğunçuluq və nəqliyyat vasitəsinin müsadirə edilməsi ittihamları ilə həbs qərarı verib. Məhkəmə əvvəllər İstanbul prokurorluğunun ittihamnaməsi əsasında Netanyahu və 34 yüksək vəzifəli İsrail məmuruna qarşı cinayət işi açmışdı. Onlar üçün ömürlük həbs cəzası tələb olunur
