İyul 15, 2026-0:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa Forumu Azərbaycanın informasiya diplomatiyasının mühüm platformasına çevrilib 

2026:07:14 - 18:00
in SİYASƏT
A A

Şuşada keçirilən IV Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətində artıq formalaşmış strateji xəttin davamıdır. Prezident İlham Əliyevin Forumun açılışında iştirakı və müxtəlif ölkələrdən olan media nümayəndələrinin suallarını cavablandırması bir daha göstərdi ki, Azərbaycan qlobal informasiya məkanında hadisələrin izləyicisi deyil, gündəmi müəyyənləşdirən aktorlardan biridir. Müasir beynəlxalq münasibətlər sistemində hərbi, iqtisadi və siyasi güclə yanaşı, informasiya üstünlüyü də dövlətlərin nüfuzunu müəyyən edən əsas amillərdən birinə çevrilib. Xüsusilə postmünaqişə dövründə həqiqət uğrunda mübarizə artıq yalnız diplomatik platformalarda deyil, media və kommunikasiya müstəvisində də aparılır. Bu baxımdan Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması təsadüfi deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Forumun Şuşada keçirilməsi də mühüm siyasi mesaj daşıyır. Bir vaxtlar işğal və dağıntılarla assosiasiya olunan şəhər bu gün beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilib. Bununla Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etdiyini deyil, həm də azad edilmiş ərazilərin beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Forumun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən media nümayəndələri üçün Qarabağ və Şuşa ilə tanış olmaq, aktual məsələləri müzakirə etmək üçün platforma yaratmaqdır.

“Prezident İlham Əliyevin Forum çərçivəsində xarici jurnalistlərlə açıq dialoqu Azərbaycanın informasiya diplomatiyasının mühüm elementidir. Bu format ölkənin regional proseslər, sülh gündəliyi və xarici siyasət prioritetləri ilə bağlı mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmağa, dezinformasiyanın qarşısını almağa xidmət edir. Forumun mövzusu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyevin Forumda Azərbaycan-Ermənistan münasibətləri və sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqları əks etdirir.

“Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyilə əldə olunan razılaşmalar, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişini paraflaması, Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı razılıqlar və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımlar regionda davamlı sülh üçün real zəmin formalaşdırıb. Prezident İlham Əliyevin Forumda da qeyd etdiyi kimi, Azərbaycan birtərəfli qaydada Ermənistana tətbiq olunan tranzit məhdudiyyətlərini aradan qaldırıb, nəticədə Rusiya, Qazaxıstan və digər ölkələrdən Ermənistana 40 min tondan çox yük daşınıb. Ermənistana neft məhsullarının ixracının 10 min tonu ötməsi də Azərbaycanın regionda etibarlı enerji və tranzit tərəfdaşı kimi mövqeyini, sülh gündəliyinin isə konkret iqtisadi əməkdaşlıqla dəstəkləndiyini göstərir”, – deyə P.Kərimzadə əlavə edib.

Deputat bildirib ki, dörd ildir keçirilən Şuşa Qlobal Media Forumu artıq beynəlxalq siyasi kommunikasiya platformasına çevrilib. Burada media ilə yanaşı, dezinformasiya, süni intellekt, rəqəmsal transformasiya və informasiya təhlükəsizliyi kimi aktual mövzular müzakirə olunur. Bu il Forumda 53 ölkədən 160 nümayəndə, o cümlədən 30 xəbər agentliyi, 60-dan çox media qurumu və 10 beynəlxalq təşkilat təmsil olunub. Son dörd ildə isə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşada bir araya gəlməsi Azərbaycanın informasiya diplomatiyasının uğurlarını və beynəlxalq dialoq platforması kimi artan rolunu təsdiqləyir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib. Forumda dövlətimizin başçısına ünvanlanan sualların əsasən xarici siyasət, enerji təhlükəsizliyi və qlobal proseslərlə bağlı olması ölkəmizə artan beynəlxalq marağın göstəricisidir. Prezident İlham Əliyevin bu suallara verdiyi əsaslandırılmış cavablar Azərbaycanın mövqeyini beynəlxalq auditoriyaya birbaşa çatdırmaqla yanaşı, ölkəmizin balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət yürütdüyünü bir daha nümayiş etdirdi”, – deyə o əlavə edib.

Deputat sonda qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın artıq təkcə regional geosiyasətdə deyil, qlobal informasiya məkanında da fəal iştirakçı və təşəbbüskar olduğunu göstərir. Bu, ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə, milli maraqlarının daha geniş auditoriyaya çatdırılmasına və postmünaqişə dövrünün reallıqlarının obyektiv təqdim olunmasına mühüm töhfə verir.

Əvvəlki Yazı

Netanyahu Türkiyədə beynəlxalq axtarışa verilib

Növbəti Yazı

Netanyahu, İsrailə hücum edəcəyi təqdirdə İrana misli görünməmiş dərəcədə güclü bir zərbə endirəcəyi ilə hədələdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.