İyul 17, 2026-2:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa Forumu qlobal media gündəliyinin formalaşmasına mühüm töhfə verən uğurlu platformadır

2026:07:16 - 17:04
in SİYASƏT
A A

Tarixən media ictimai rəyin formalaşmasına təsir göstərən fundamental institutlardan biri kimi geosiyasi qərarların qəbuluna, geoiqtisadi proseslərin istiqamətləndirilməsinə mühüm töhfə verib. Rəqəmsal texnologiyaların sürətli inkişafı və qlobal informasiya mühitinin transformasiyası medianın funksional mahiyyətini, təsir imkanlarını və beynəlxalq münasibətlər sistemindəki rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldib. Belə mürəkkəb və dinamik şəraitdə dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu müasir media ekosistemində baş verən transformasiya proseslərinin, informasiya təhlükəsizliyi, rəqəmsal kommunikasiya, süni intellekt və qlobal informasiya idarəçiliyinə dair aktual çağırışların hərtərəfli müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma kimi özünü təsdiqləyib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.

O bildirib ki, forum çərçivəsində regional, qlobal və regionlararası əməkdaşlığın media müstəvisində yeni istiqamətləri müəyyənləşdirilir, strateji baxışlar və gələcəyə hesablanmış yanaşmalar təqdim olunur, beynəlxalq media əməkdaşlığının inkişafına xidmət edə biləcək mühüm ideya və təşəbbüslər irəli sürülür. Yüksəksəviyyəli iştirakçılığı, intellektual müzakirələri və irəli sürülən konseptual yanaşmaları ilə Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin formalaşmasına əhəmiyyətli töhfə verən, beynəlxalq dialoqu və qarşılıqlı etimadı möhkəmləndirən uğurlu platforma kimi yadda qalır. Şübhəsiz ki, IV Şuşa Qlobal Media Forumunun əsas məzmununu və intellektual ağırlıq mərkəzini Prezident İlham Əliyevin çıxışı təşkil etdi. Dövlətimizin başçısı qlobal media məkanında müşahidə olunan transformasiya proseslərini, rəqəmsal texnologiyaların informasiya mühitinə təsirini, bu dəyişikliklərin dövlətlər və cəmiyyətlər üçün yaratdığı yeni imkan və çağırışları, eləcə də onların milli təhlükəsizlik, informasiya suverenliyi və strateji kommunikasiya baxımından doğurduğu nəticələri geniş geosiyasi kontekstdə təhlil etdi. Prezident tərəfindən səsləndirilən yanaşmalar müasir informasiya mühitində dövlətlərin milli maraqlarının qorunması, cəmiyyətlərin dezinformasiyaya qarşı dayanıqlılığının artırılması və beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm konseptual çərçivə təqdim etdi.

“Prezident İlham Əliyev uzun illərdir beynəlxalq siyasi prosesləri dərindən təhlil edən, regional və qlobal təhlükəsizlik məsələlərinə dair praqmatik və strateji baxışı ilə seçilən nüfuzlu dövlət xadimlərindən biridir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra onun beynəlxalq media platformalarında və nüfuzlu forumlarda səsləndirdiyi mövqelər Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda tanınmasına, ölkəmizin haqlı mövqeyinin beynəlxalq auditoriyaya ardıcıl və əsaslandırılmış şəkildə çatdırılmasına mühüm töhfə verib. Bu baxımdan Prezident İlham Əliyev təkcə siyasi prosesləri düzgün qiymətləndirən dövlət başçısı kimi deyil, həm də müasir informasiya mühitinin strateji xüsusiyyətlərini dərindən dərk edən, strateji kommunikasiya və informasiya diplomatiyası sahəsində effektiv yanaşmalar formalaşdıran lider kimi çıxış edir. IV Şuşa Qlobal Media Forumu da onun bu sahədə zəngin siyasi təcrübəsinin, analitik baxışının və strateji yanaşmalarının beynəlxalq media ictimaiyyəti ilə bölüşüldüyü mühüm platformaya çevrildi”, – deyə Y.Hacıyeva vurğulayıb.

Politoloq əlavə edib ki, Forum çərçivəsində Prezident İlham Əliyevin regional və qlobal təhlükəsizlik mühiti, beynəlxalq münasibətlər sistemində mövcud çağırışlar, risklər və inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər müasir geosiyasi reallıqların obyektiv qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının təqdim etdiyi yanaşmalar yalnız mövcud beynəlxalq proseslərin mahiyyətini izah etməklə kifayətlənmir, eyni zamanda, Yaxın Şərq, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla geniş coğrafiyada davam edən münaqişələrin həlli, dayanıqlı sülhün təmin edilməsi və etimad mühitinin formalaşdırılması istiqamətində konseptual yol xəritəsi kimi dəyərləndirilə bilər.

Xüsusilə Ukrayna münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mövcud hərbi-siyasi böhranın səbəblərinə, onun mümkün inkişaf ssenarilərinə və münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında nizamlanmasına dair praqmatik və uzaqgörən yanaşmanı əks etdirir. Bu baxımdan həmin mövqelər davam edən müharibənin dayandırılması və davamlı sülh mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Forumda Prezidentin ABŞ–Azərbaycan münasibətlərinə dair səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkdi. Prezident İlham Əliyev iki ölkə arasında tərəfdaşlığın mövcud vəziyyətini və strateji mahiyyətini dəyərləndirərək vurğuladı ki, qarşılıqlı etimada, ortaq maraqlara və praqmatik əməkdaşlığa əsaslanan Azərbaycan–ABŞ münasibətləri regional və enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya əlaqələrinin və daha geniş Avrasiya məkanında sabitliyin təmin olunmasında mühüm strateji əhəmiyyət daşıyır.

Bu əməkdaşlığın ardıcıl inkişafı təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, həm də ABŞ-nin regionda konstruktiv iştirakının və çoxtərəfli təhlükəsizlik gündəliyinə verdiyi töhfələrin güclənməsinə xidmət edən mühüm amillərdən biri kimi çıxış edir.

Əvvəlki Yazı

Şuşa Qlobal Media Forumu böyük ictimai-siyasi əhəmiyyət daşıyan hadisədir

Növbəti Yazı

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin “Eternity-2026” təlimi keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.