İyul 18, 2026-0:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nazir müavini: Vaqif Poeziya Günlərinin formatı genişlənir

2026:07:17 - 16:08
in MƏDƏNİYYƏT
A A
Vaqif Poeziya Günləri çərçivəsində “Sözün sabahı – Türk Dünyasının Gənc Şairlər Festivalı”nın açılış mərasimi keçirilib.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən festival türk dünyasının müxtəlif ölkələrindən gəlmiş gənc şairləri bir araya gətirib.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxış ediblər.
Fərid Cəfərov bildirib ki, ildən ilə poeziya günlərinin formatı genişlənir. O, buna nümunə kimi Türk Dünyası Gənc Şairlərinin Festivalını göstərib.
Çıxışlarda türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunmasının, gənc yaradıcı nəslin dəstəklənməsinin və ölkələr arasında ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, festival müxtəlif ölkələrdən olan gənc şairlər arasında yaradıcılıq mübadiləsinin aparılması, yeni ədəbi əlaqələrin qurulması və ortaq mədəni dəyərlərin təbliği baxımından mühüm platformadır.
Açılış mərasimindən sonra festivalın seçim mərhələsinə start verilib. Gənc şairlər münsiflər heyəti qarşısında öz əsərlərini təqdim edərək festivalın növbəti mərhələsində iştirak uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, “Sözün sabahı – Türk Dünyasının Gənc Şairlər Festivalı”nın qaliblərinin mükafatlandırılması bu gün Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində baş tutacaq.

Əvvəlki Yazı

Ombudsmana ən çox bu məsələlərə görə müraciət olunub

Növbəti Yazı

Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrində edilən dəyişiklik normativ hüquqi aktlara uyğunlaşdırılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.